RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Mixail Saakaşviliyə telefonla zəng etmişdir.
Prezident İlham Əliyev Mixail Saakaşvilini doğum günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Mixail Saakaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuş, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik vurğulanmışdır.