Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentin poçtundan:
Cənab Ali Baş Komandan, Sizi çox sevirik, Sizə inanırıq

Prezidentin poçtundan:   Cənab Ali Baş Komandan, Sizi çox sevirik, Sizə inanırıq

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin poçtuna hər gün yüzlərlə məktub və müraciət daxil olur. Ən səmimi hisslərini, istəklərini dilə gətirən sadə insanlar Prezidentlə həmrəy olduqlarını, ona inandıqlarını, torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəklədiklərini yazırlar. Türkiyə, Rusiya, İsrail, Almaniya, Kanada... Coğrafiyası olduqca geniş olan bu məktub və müraciətlərdən belə bir məntiqi nəticə ortaya çıxır: Bizim milli birlik və həmrəyliyimiz qarşısında heç bir düşmən tab gətirə bilməz.

AZƏRTAC Prezidentin saytına istinadla Azərbaycandan, eləcə də yaxın-uzaq ölkələrdən Prezident və Ali Baş Komandan İlham Əliyevə ünvanlanan bir sıra məktub və müraciətləri təqdim edir.

Bizim birlik və həmrəyliyimiz qarşısında heç bir düşmən tab gətirə bilməz

“Müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürur və sevincini bizə yaşatdığınız üçün Sizə minnətdaram”.

Bu sətirlər Türkiyə vətəndaşı Barbaros Erduranın Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevə ünvanlandığı məktubdan götürülüb. Milli Ordumuzun düşmənlə son döyüşlərdə göstərdiyi rəşadətdən və qazandığı qələbədən vəcdə gələn türkiyəli gənc arzularını da dilə gətirərək yazır:

“Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin sorağını eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın. Möhtərəm Prezident, ehtiyac yaranarsa, mən də bir əsgəriniz kimi, ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm”.

Sivasdan Halis Ərdoğan da öz müraciətində Azərbaycana, onun Prezidentinə olan sevgi və inamını, dəstəyini ifadə edir. Deyir ki, hər zaman ürəyi Azərbaycanın yanındadır: “Cəbhədə olan qardaşlarıma qoşularaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün əmrinizi gözləyirəm. Bunu tam səmimiyyətimlə yazıram. Biz Sizi çox sevir, Sizə inanırıq. Allah köməyiniz olsun”.

Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin həmrəyliyi, mənəvi birliyi qardaş ölkədən sadə insanların Prezidentimizə ünvanladıqları çoxsaylı məktubların ana xəttini təşkil edir. Onları həyəcansız oxumaq mümkün deyil. Görün Çorum şəhərinin sakini İsmail Akgöz nə yazır: “Mən Türkiyənin Çorum vilayətində yaşayan və hərbi xidmətimi atıcı olaraq keçmiş bir qardaşınızam. İşğalçı Ermənistan əsgərlərini Azərbaycan ərazilərindən vurub çıxarmaq üçün mən də Qarabağ döyüşlərində azərbaycanlı qardaşlarımla çiyin-çiyinə vuruşmaq arzusundayam. Mənin 43 yaşım, iki oğlum var. Onları da vətənlərini sevən bir şəxsiyyət kimi böyütməyə çalışıram. İnanın ki, hər hansı bir döyüşdə, gözüm heç arxada qalmadan azərbaycanlı qardaşlarımızla birlikdə və Sizin əmrinizlə düşmənlə vuruşmağa hazıram. Sizi əmin edirəm ki, müqəddəs Vətən torpağının işğaldan azad edilməsi üçün Türkiyədən Azərbaycana gəlib son damla qanınadək vuruşmağa can atan mənim kimi milyonlarla qardaşınız var. Allah babalarımızın torpağı can Azərbaycanın köməyi olsun”.

Eyni səmimi fikir və istəklər, dəstək və həmrəylik duyğular digər türk qardaşımız Barış Aydının məktubunda da yer alır.

Cənab Ali Baş Komandan, Sizin əmrinizə müntəzirik

Prezidentin poçtuna Azərbaycanın hər guşəsindən məktub və müraciətlər daxil olur. Onların hamısında dövlətimizin başçısına dərin inam və sevgi, Vətənə məhəbbət hissləri əksini tapır. Məktub müəllifləri hamılıqla Ali Baş Komandan İlham Əliyevlə fəxr ediklərini, onun hər bir əmrinə müntəzir olduqlarını yazırlar.

Anar Naibov (Naxçıvan sakini): “Qüdrətli Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçiririk. Biz özümüz cəbhədə olmasaq da, ürəyimiz oradadır. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi gözləyirik”.

Tural Mehdiyev (Kəlbəcər sakini): “Ordumuzun göstərdiyi qəhrəmanlıq mənə qürur verir. Lakin həm Azərbaycan vətəndaşı, həm də Kəlbəcərdə doğulmuş və yurd həsrəti ilə yaşayan bir gənc kimi hadisələri kənardan izləmək mənə çətindir. Kəlbəcər gənci olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəf verər. Bildirmək istəyirəm ki, mən Vətən uğrunda döyüşə atılmağa hazıram. Cənab Ali Baş Komandan, Sizin əmrinizi səbirsizliklə gözləyirəm”.

Yaşar Vəliyev (Ağdam rayonu): “Mən Ağdam rayonu 36 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Erməni təxribatlarının daim şahidi olmuşuq və mənfur düşmən indi də bu əməllərini davam etdirir. Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Biz Prezidentimizlə fəxr edirik. Vətənimiz uğurunda döyüşməyə hər an hazırıq. Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik”.

İbrahimxəlil Hüseynov (Goranboy rayonu): “Mən birinci Qarabağ müharibəsində sonadək iştirak etmişəm. İki dəfə ağır yaralanmışam, ikinci qrup müharibə əliliyəm. Cənab Prezident, Sizin cəsarətli və qətiyyətli çıxışınız hamı kimi məni də qürurlandırdı. Yenidən döyüşlərdə iştirak etmək istəyir, bunu özüm üçün böyük şərəf sayıram”.

Elnur Hüseynov (Laçın rayonu): “Bildirmək istəyirəm ki, mən və mənim kimi yüzlərlə gənc Sizin səfərbərlik əmrinizi gözləyirik. Bir laçınlı olaraq mən də cəbhə xəttinə getmək və düşmənə qarşı vuruşmaq istəyirəm. Xalqımız Sizi dəstəkləyir. Son nəfəsimizə kimi əmrlərinizi yerinə yetirməyə hazırıq, yetər ki, əmr verin. İnşallah sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq”.

Xaricdə yaşasaq da, ürəyimiz Vətənlə döyünür

Xarici ölkələrdə yaşayan soydaşlarımız da Prezidentə çoxsaylı məktub və müraciətlər ünvanlayırlar. Onlar bildirirlər ki, Vətəndən uzaqda olsalar da, ürəkləri Azərbaycandadır. Azərbaycan-Slavyan Gənclər Assosiasiyası Rusiya Nümayəndəliyinin üzvləri yazırlar: Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və ümumiyyətlə xaricdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində səylərinizi dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur. Bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanımızın əmrini gözləyir”.

Sankt-Peterburqda yaşayan həmyerlimiz Cavid Nəsirli Milli Ordumuzun son döyüşlərdə qazandığı uğurlar münasibətilə Prezidentimizi və xalqımızı təbrik edərək yazır: “Mən Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından bildirmək istəyirəm ki, Vətənimiz, bayrağımız üçün son damla qanımıza qədər vuruşmağa hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyin qarşısında dayana bilməz”.

Rusiyanın Novokuznetsk şəhərində yaşayan soydaşımız Anar Əzimov da Ali Baş Komandanın əmrinizi gözlədiyini, işğalçılarla döyüşə atılmağa hazır olduğunu bildirir. Anar əminliklə yazır ki, şəhid qardaşlarımızın qanı yerdə qalmayacaq, torpaqlarımız erməni işğalından azad ediləcək.

Prezidentin poçtuna digər bir məktub Almaniyanın Lauingen şəhərindən daxil olub. Qarabağ uğrunda döyüşlərdə iştirak etmək istədiyini bildirən soydaşımız Fərrux Zeynalov Ali Baş Komandan İlham Əliyevə müraciətlə yazır: “Sizin qətiyyətiniz və mərdliyiniz bizə ruh verir. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Əgər lazım olarsa, Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Allah Sizi qorusun. Sizin bir əmriniz yetər ki, gənclər silaha sarılsın”.

“Mən İsraildə yaşasam da, bir azərbaycanlı olaraq Vətəni qorumağı, Dağlıq Qarabağımız uğrunda döyüşməyi özümə borc bilirəm. Möhtərəm Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bu müharibədən qalib kimi çıxacaq və bayrağımız daim yüksəklərdə dalğalanacaq. Allah Sizi və xalqımızı qorusun”.

Bu sətirləri isə İsraildə yaşayan soydaşımız Eyyub Eyyubov yazır.

X X X

Prezidentə məktub və müraciət ünvanlayanlar arasında Şəkidən Sədrəddin Məmmədov, Gəncədən Vüsal Hüseynov, Laçından Elnur Hüseynov, Göygöldən Elvin Abbasov, Sumqayıtdan Lalə Qasımova, Lənkərandan Rövşən Abdulov, Lerikdən Bəhruz Rzayev, Qubadlıdan Həmid Həmidli, Kəlbəcərdən Rahim Muradxanlı, Qobustandan Şair Əhmədov, həmçinin Türkiyə vətəndaşları - Ankaradan Nalan Ongun, Əli İlhan Özdemir, Yalovadan Metr Hasan Özoğuz, Uşakdan Barış Aydan, İstanbuldan Mehmet Balioğlu, Kurtuluş Can Şahin, Mersindən Vahid Volkan, İzmirdən Yücel Yüceldağ, Antalyadan Öndər Özdiker, Kanadada yaşayan soydaşımız Mirşakir Əzizov və yüzlərlə başqaları da var. Bu məktub və müraciətlərin hamısını Vətən məhəbbəti, Prezident və Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın haqq işinə, ədalətin təntənəsinə, böyük qələbəyə inam hissləri birləşdirir.

  

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

ADA Universitetində dəyirmi masa: Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir VİDEO

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB VİDEO

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub VİDEO

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb