ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa
Bakı, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 6-da Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplantıda elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin millət və dövlət naminə müstəsna xidmətlərindən danışıb. Vurğulayıb ki, 2003-cü ildən sonra biz ilk dəfə olaraq bu günü qalib millət və qalib dövlət olaraq qeyd edirik.
Sonra institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, elmi katib, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində həm daxili həm xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.