Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Qaraca qız”ın Ağcası

Bakı, 27 avqust (AZƏRTAC). AZƏRTAC milli kinomuzda kadr arxasında qalan hadisələri, yaşlı və orta nəslin sevə-sevə baxdığı ekran əsərlərində rol almış simalarla maraqlı söhbətləri oxucularla bölüşməyə qərar verib. Bu məqsədlə də ilk yazını təqdim edirik.

O, bir anın içində bütün şəhərin Ağcasına çevrildi. Çəkildiyi “Qaraca qız” filminin nümayişindən sonra Ağca adı ilə çağırılan Leyli Axundova bu ekran əsərində bəy qızı Xədicə rolunu elə məharətlə oynadı ki, hamı səkkiz yaşlı bu uşağın istedadına mat qaldı. Filmdə bir təsadüf nəticəsində rol alan Leyli Axundova ömrünün 56-cı baharını arxada qoysa da, xatirələrinə əbədi həkk olunmuş o anları heç vaxt unutmur. Ekranda göründü ilk günlərdən milyonların rəğbətini qazanan “Qaraca qız”ın qəhrəmanlarından olan Xədicənin həyatında bu illər ərzində çox şey dəyişib. Dəyişməyən isə 48 il öncə Ağca xanımın - Leylinin o uşaq səmimiliyidir. Elə o səmimiliklə də Leyli xanım 48 ilin kövrək xatirələrini bizimlə bölüşür.

Məlumat üçün: Bakıda ziyalı ailəsində dünyaya gələn L.Axundova ailənin yeganə övladı olub. Atası İsmət Axundov tanınmış rəssam, anası Ləman xanım evdar qadın olsa da, ixtisasca kimyaçı idi. Bakıdakı 134 nömrəli məktəbdə orta təhsil alıb. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun fortepiano sinfini və Moskvada Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Uzun illər paytaxtdakı 23 nömrəli musiqi məktəbində dərs deyib. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında fortepiano müəllimidir. İki övladı və iki nəvəsi var.

“Qaraca qız” filmi 1966-cı ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qızın faciəli taleyindən bəhs edən bu filmin böyük hissəsi Şamaxıda, Çuxuryurd kəndində çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Şamil Mahmudbəyov, rejissoru isə Arif Nərimanbəyovdur.

Həmsöhbətim filmə çəkilməsinin tarixçəsini xatırlayaraq deyir: “Onda ikinci sinifdə oxuyurdum. Bir gün dərsdən sonra valideynlərim məni Sahil bağına gəzməyə aparmışdılar. Birdən bir kişi atama yaxınlaşaraq “Qaraca qız” adlı film çəkdiklərini və mənim zahiri görünüşümün oradakı Xədicə obrazına çox uyğun gəldiyini dedi. Həmin adam atamın tərəddüd etdiyini görüb, onun harada işlədiyi ilə maraqlandı və ev telefonumuzun nömrəsini yazıb götürdü. Sonradan bildim ki, həmin adam filmin quruluşçu rejissoru Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Aradan bir neçə gün keçmişdi. Təsadüfən televizoru açanda belə bir elan eşitdik: “Qaraca qız” filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün onun valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik”. Atam bu elanı eşitsə də, əhəmiyyət vermədi... Biz ailəliklə Kislovodskiyə istirahətə getdik.

Bir müddət keçəndən sonra atam dayım Ramizdən “Çox xahiş etdilər ki, sən Leylini də götürüb Bakıya dönəsən...” məzmununda teleqram aldı. Sən demə, rejissor köməkçisi telefon nömrəmizi itirsə də, yaddaşının köməyi ilə atamın iş ünvanını əldə edib. Atama Mədəniyyət Nazirliyi adından məktub göndərilmişdi ki, artıq çəkilişlər başlanıb, qız mütləq filmə çəkilməlidir. Beləliklə də istirahətimizi yarımçıq qoyub Bakıya qayıtdıq.

Atam qəlbən istəməsə də, məni kinostudiyaya apardı. Şamil müəllim məni görən kimi dedi ki, bax, bu əsl Xədicədir...

Bir həftə sonra Şamaxının Çuxuryurd kəndinə getdik. Orada 18 gün məşq etdik. Çəkilişə Moskvadan konsertmeyster Yelena Aleksandrovna və “Romen” Moskva musiqili-dramatik teatrının aktyorları dəvət olunmuşdu. Filmdəki ayı və ilan da Moskvadan gətirilmişdi.

Çəkiliş prosesini, xüsusi ilə Xədicəni ilan vuran səhnəni yenə də həyəcanla xatırlayan qəhrəmanımız bir anlıq fikrə dalır:

- İnanırsınız, hər dəfə o anı ekranda görəndə içimdən qəribə hisslər keçir. Xədicəni ilan vuran səhnə kinostudiyanın köhnə binasında - “Hökumət evi”nin yanındakı bağda çəkilmişdi. Onu da deyim ki, bütün çəkilişlər zamanı valideynlərim yanımda olurdular. O təsirli kadrın çəkilişi vaxtı isə rejissor onları bir bəhanə ilə həmin yerdən uzaqlaşdıra bildi. Təbii ki, anam bilsəydi, heç cür razı olmayacaqdı.

Həmin kadrların çəkilişi başlayanda ilanı ayağımın altına atdılar. Yaman qorxdum. İlan da dərhal sürüşüb aradan çıxdı. Kadr Şamil müəllimin xoşuna gəlmədi. Səhnəni yenidən çəkmək qərarına gəldilər. Mən isə ürəyimdə Allaha yalvarırdım ki, kaş çəkməyəydilər.

Növbəti çəkilişə az qalmış qutunun ağzı yaxşı bağlanmadığından ilan yoxa çıxmışdı. Buna görə də çəkiliş olmadı. Rejissor bərk hirslənmişdi, mənim isə sevincimin hədd-hüdudu yox idi. İlanın itməsinə görə rejissor Zooparka 200 manat cərimə ödədi. İlandan həqiqətən qorxduğumdan üç gün qızdırma içində yatdım. Anam isə aldadıldığına görə çox hirsli idi. Odur ki, rejissor əvvəlki kadrlardan istifadə etmək məcburiyyətində qaldı.

Qaraca qız öldüyünə görə axıtdığı göz yaşları ilə bütün tamaşaçıları ağlatmağı bacaran Ağca xanım deyir:

-Mən həqiqətən ağlayırdım. Özü də ürəkdən ağlayırdım. Məni ağlatmaq üçün xəbərim olmadan bir bəhanə fikirləşiblərmiş. Anam təbiətimə bələd olduğu üçün bilirdi ki, məni ağlatmaq asan olmayacaq. Beləliklə də qərara gəldilər ki, Qaraca qızı - Tutunu gizlədib mənə göstərməsinlər. Kimdən də soruşdum, xəstədir dedilər. Nə isə, mən onu üç-dörd gün görmədim. Bir gün isə mənim əlimdən tutub bir təpənin üstünə gətirdilər. Piri baba çox qəmgin halda bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı. Mənə dedilər ki, bax bu Qaraca qızın qəbridir, o ölüb. Bu gözlənilməz xəbərdən özümü saxlaya bilmədim, başladım ağlamağa. Piri baba da, rejissor da, operator da ağlayırdı. Çəkiliş qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz ora gəldiyimiz andan çəkiliş gedirmiş. Çəkiliş başa çatandan sonra Tutunu mənə göstərdilər və “ağlama, o sağdır, biz kino təbii alınsın deyə, belə etmişik”- dedilər. Məni aldatdıqlarına görə küsdüm, üç gün çəkilişə getmədim. “Əgər belə etməsəydik, həmin səhnə inandırıcı alınmazdı”- deyə məni dilə tutub inandırdılar.

Söhbət əsnasında Leyli Axundova filmdə çəkildiyinə görə təxminən 1680 manat qonorar almasından, Tutu obrazının ifaçısı Sevil Zeynalova ilə münasibətlərindən və “Qaraca qız”ın premyerasından söz açdı.

- Filmin premyerası “Nizami” kinoteatrında oldu. Həmin gün mənim sevincimin hədd-hüdudu yox idi. “Vətən” kinoteatrında keçirilən premyera isə məni yaman ağlatdı. Film sona yetəndə məndən əvvəlki sırada əyləşmiş uşaq: “O ifritəyə görə Qaraca qız öldü” - deyib dərindən köks ötürdü. Özümü anamın qucağına ataraq ağlamağa başladım... “Axı, mən pis deyiləm”. Anam məni sakitləşdirərək dedi ki, o səni demir, kinodakı Xədicəni deyir.

Bu ekran əsərində elə bil öz həyatını oynadığını söyləyən həmsöhbətim etiraf edir ki, onu “Qaraca qız” tanıtdırıb, məşhur etdi. Bu gün də böyükdən kiçiyə bir çoxları Sevili də, məni də tanıyır, sevir. Xədicə obrazı kinoda ilk və son rolum oldu. Film ekranlara çıxandan sonra Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız təkliflər alsam da, atam razılıq vermədi.

... Onunla ayrıldıqdan sonra uşaqlığımın ən sevimli ekran əsərlərindən olan bu filmə yenidən baxmaq qərarına gəldim. Paytaxtda disk satılan bir sıra mağazalara üz tutsam da, “Qaraca qız” axtarışlarımı çoxları təəccüblə qarşıladı. Axı, indiki gəncliyin və uşaqların maraq dairəsini fantastik və müharibə filmləri çoxdan zəbt edib. İstəyimi müasir dünyanın bizə verdiyi imkanlar daxilində reallaşdıra bildim. “Qaraca qız”ı “YouTube”dan tapdım və baxdım.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL