İDMAN
“Qəbələ” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının X turuna hazırlığı davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Klub seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
İ.Niasse 2013/2014-cü il mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub.
Seneqallı legioner bunadək İsveçrənin “Ksamaks” (2008-2011-ci il) və Bakının “İnter” (2012-2014-cü il) klublarının şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rumıniyada “Konkordiya”, İslandiyada “Odişa”, Yunanıstanda “Levadiakos”, Mərakeşdə “Raca Kasablanka” klublarının formasını geyinib.
Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubok yarışlarında 6 matçda iştirak edib.