SİYASƏT
Qırğızıstanın Kant şəhərində yaşayan azərbaycanlılara bayram sovqatı paylanmışdır
Bakı, 18 noyabr (AZƏRTAC). Türkiyənin Bişkekdəki səfirliyinin, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qırğızıstandakı türk diasporunun nümayəndələri noyabrın 18-də azərbaycanlıların yığcam yaşadıqları Kant şəhərində soydaşlarımızla görüşmüşlər.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sədri Nüsrət Məmmədov AZƏRTAC-a bildirmişdir ki, görüş azərbaycanlıların Kantdakı məscidində keçirilmişdir. Nümayəndələr soydaşlarımızı və bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş, dualar oxunmuş, bayram sovqatı paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]