RƏSMİ XRONİKA
“QİYMƏTLİ METALLAR VƏ QİYMƏTLİ DAŞLAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2005-Cİ İL 22 NOYABR TARİXLİ 317 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 476-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 653 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
I. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1012) 2.4-cü bəndində “10.3-cü maddəsinin, ikinci cümləsində” sözləri “10.3-cü maddəsində” sözləri ilə əvəz edilsin.
II. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2008-ci il.