Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” -panel müzakirə

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfrans öz işini bölmə iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” adlı panelə moderatorluq edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə direktoru Damyaan Krnyeviç Miskoviç Azərbaycanın mövqeyinin Amerikaya nisbətən Çinin mövqeyi ilə daha yaxın olduğunu deyib: “Azərbaycan və Çinin mövqeyi ondan ibarətdir ki, kənar qüvvələr ölkənin daxili işlərinə müdaxilə etməməlidirlər. Hər iki dövlətin əlaqələrində suverenlik və dövlətçilik prinsipləri əsas götürülür”.

Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Soltan Məmmədov qeyd edib ki, iki ölkə arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir. Deputat ölkələrimiz arasındakı mədəni əlaqələrdən də söz açıb: “Sirr deyil ki, iki ölkə arasında münasibətlərin güclənməsində mədəni əlaqələrin rolu böyükdür. Bu əlaqələr tarixi ənənələrə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çinlə əlaqələrə mühüm yer verilib. Azərbaycan hər zaman Çin məsələsində vahid mövqe ifadə edib, bütün platformalarda Çinin ərazi bütövlüyünü tanıyıb. Ölkəmiz Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir. Orta Dəhliz bir sıra ölkələrin diqqətini cəlb edib”.

Deputat, həmçinin Heydər Əliyev Fondunun ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfə verdiyini vurğulayıb Fondun dəstəyi ilə həyata keçirilən tədbirlərdən, pandemiya dövründə Çinin Azərbaycana verdiyi dəstəkdən də danışıb.

Çin Sosial Elmlər Akademiyası Rusiya Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Sun Cuanqcı Azərbaycanın dünyada sabit ölkələrdən biri olduğunu deyib: “Çin tərəfi qarşılıqlı əməkdaşlığı hər zaman dəstəkləyir. Bəzi ölkələr dünya üçün təhlükə yaradır. Çin-Azərbaycan dostluq münasibətləri isə sabitlik vəd edir və dayanmadan inkişafdadır. “Bir kəmər, bir yol” layihəsi yüksək bir mərhələyə çatıb. İki ölkənin inkişafına töhfə verən digər layihələrin də sayı artacaq”.

Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu dünya iqtisadiyyatının 20 faizini Çin iqtisadiyyatının təşkil etdiyini vurğulayıb: “Bu göstərici dünya iqtisadiyyatına geosiyasi təsir imkanlarının olması deməkdir. Dünya iqtisadiyyatında Çinin rolu həlledicidir. Çin ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirir. Bu gün Azərbaycan da dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin nəqliyyat logistika imkanları hər zaman dəyərləndirilir. Azərbaycanla Çin arasında yeni istiqamət kimi bərpaolunan enerji mənbələrinin yaradılması həm Çinin, həm də Azərbaycanın maraqlarına cavab verir”.

Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin direktoru Li Çiquo Qarabağın işğaldan azad edilməsini sevindirici hal kimi qiymətləndirib. O bildirib ki, Ermənistan da artıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. “İstənilən layihənin başlanmasında Çinin böyük rolu vardır. Cənubi Qafqaz ölkələrinin hər birinin Çinlə əlaqələri mövcuddur. Çin-Azərbaycan münasibətlərinə bir neçə istiqamətdən baxmaq lazımdır. Çin şirkətləri investisiya sahəsində böyük nailiyyətlər əldə edib, yatırım məsələsində Avropanı keçib. Ümid edirəm ki, Azərbaycan Hökuməti bizimlə əlaqələri dayanmadan inkişaf etdirəcək”, - deyə qonaq vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azərbaycanın proaktiv siyasət həyata keçirdiyini qeyd edib. O, Türk Dövlətləri Təşkilatının (TDT) əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın xarici siyasətində TDT-nin mühüm istiqamətlərdən birinə çevrildiyini diqqətə çatdırıb: “Çin də bu təşkilata böyük önəm verir. TDT regional problemlərin həlli baxımından mühüm rola malik ola bilər. Çünki Çin də Orta Dəhliz vasitəsilə daşımaları dəstəkləyir”.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoyun qeyd edib ki, hazırda beynəlxalq siyasətdə böyük dəyişikliklər baş verməkdədir: “Mürəkkəb beynəlxalq vəziyyətlər yeni nəzəriyyələr ortaya çıxarır. Bəzi ölkələrin fikirləri və düşüncələri fərqlidir. Azərbaycan və Çin bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Biz inkişaf üçün əlimizdən gələni etməliyik. Daşınma və ya logistika, “yaşıl” əməkdaşlıq sahəsində əlaqələrimiz daha da genişləndirilməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib  YENİLƏNİB

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanja ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub