İDMAN
Rafael Ağayev Olimpiya reytinqində ikinci pillədə yer alıb
Bakı, 4 aprel, AZƏRTAC
Ümumdünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ilk 20-likdə Azərbaycanın 3 karateçisinin adı yer alıb. Milli komandamızın lideri Rafael Ağayev (75 kq) italiyalı Luici Busadan sonra ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, İspaniyada keçirilən 54-cü Avropa çempionatında R.Ağayev məhz L.Busaya məğlub olaraq gümüş medalla kifayətlənib. Dünya çempionu İrina Zaretska (61 kq-dan yuxarı) da ikinci pillədə qərarlaşıb. Bu çəkidə yunan Eleni Çatziliadou reytinq cədvəlinin lideridir.
Digər təmsilçimiz Firdovsi Fərzəliyev (67 kq) isə 12-ci pilləyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]