İDMAN
“Real Madrid” qələbə qazanaraq “Barselona” ilə xal fərqini azaldıb
Bakı, 14 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 14-də futbol üzrə İspaniya La Liqasının 28-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” öz meydanında “Eybar” komandasını qəbul edib.
Görüş Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real”ın heyətində Toni Kross, Serxio Ramos və Marselo, “Eybar”ın isə Pedri Biqas fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 59-a çatdıran “Real” çempionluq yolunda əsas rəqibi sayılan “Barselona” ilə xal fərqini ikiyə çatdırıb.
Xatırladaq ki, “Barselona” iyunun 13-də səfərdə “Malyorka”nı məğlub etmişdi - 4:0.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Sevilya” - “Real Betis” - 2:0;
“Qranada” - “Xetafe” - 2:1;
“Valensiya” - “Levante” - 1:1;
“Espanyol” - “Deportivo Alaves” - 2:0;
“Selta Viqo” - “Vilyareal” - 0:1;
“Leqanes” - “Real Valladolid” - 1:2;
“Atletik Bilbao” - “Atletiko Madrid” - 1:1.