Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rəşadətli Qələbə mənəvi dəyərlərin yüksəlişi və milli birliyin Zəfər rəmzidir

Rəşadətli Qələbə mənəvi dəyərlərin yüksəlişi və milli birliyin Zəfər rəmzidir

Ankara, 4 dekabr, AZƏRTAC

Azərbaycan 44 günlük savaş nəticəsində bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, digər tərəfdən “yenilməz Ermənistan ordusu”nu darmadağın edərək erməni faşizminin əsas sütunu sayılan hərbi birləşmələrinə sarsıdıcı zərbə vurdu. Yüz ildən artıq zaman kəsiyində formalaşdırılan saxta döyüşkənlik mifi kökündən məhv oldu. BMT başda olmaqla, aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı ilə bağlı qərar və qətnamələrinin icrasına yönəlmiş bu əks-hücum əməliyyatları bir çox məqamlarla dünya hərb tarixinə yeni səhifələr açdı. İlk növbədə, Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası və müdafiəsi istiqamətində yeni fəaliyyət strategiyası ortaya qoydu. Azərbaycan çoxistiqamətli fəaliyyət strategiyası əsasında təsdiq etdi ki, dünyadakı ikili standartların və səngimək bilməyən geosiyasi maraqların bir çox hallarda beynəlxalq hüququ üstələdiyinə və güc amilinin ədalətdən yuxarıda dayanmasına baxmayaraq, dövlətlər öz haqq işini həyata keçirmək üçün, ilk növbədə, beynəlxalq hüquqa əsaslanmalıdır. Mövzunun davamı olaraq əvvəlcə Azərbaycanın rəşadətli Qələbəsinin təmin edən mühüm istiqamətlərə diqqət yetirək: Əvvəla, Azərbaycan müasir standartlara cavab verən Ordu yaratdı. Azərbaycan əks-hücum əməliyyatlarına qədər beynəlxalq hüququn tələb etdiyi bütün müstəvilərdə ərazi bütövlüyünü təsdiqləyən qərar və qətnamələrin qəbuluna nail oldu. Eyni zamanda, Türkiyə kimi qüdrətli və etibarlı tərəfdaş ölkə ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Həmçinin beynəlxalq iqtisadi layihələr əsasında bir sıra böyük ölkələrin regional maraqlarını tarazlaşdırdı və sair.

Ötən il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatlarının ilk saatlarından başlayaraq Ermənistan ordusunun ağır zərbələr alması düşmən tərəfdə mənəvi-psixoloji sarsıntı yaratdı. Digər tərəfdən, Azərbaycan xalqının hakimiyyətə və Orduya birmənalı dəstəyi Ermənistandakı təlatümü anbaan dərinləşdirməyə başladı. Ermənistan tərəfi cəbhə xəbərlərini yalan və uydurmaya söykədiyi halda, Azərbaycan Müdafiə Nazirliyinin videomateriallar əsasında cəbhədəki real vəziyyət barədə hər kəsdə, eləcə də Ermənistan ictimaiyyətində aydın təsəvvür yaratmağa başladı.

Şəhadət və şərafətin dərki!

Vətən müharibəsi Azərbaycan xalqının bir çox milli mənəvi dəyərlərini dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirdi. Əhalinin böyük ruh yüksəkliyi ilə Vətən müharibəsinə bu və ya digər formalarda qoşulması xalqın Vətənə və torpağa bağlılığının əyani tərənnümü idi. Analar oğullarını, bacılar qardaşlarını, körpə balalar atalarını “Qarabağ Azərbaycandır!” şüarı ilə cəbhəyə yola saldılar. Şəhadət və şərafətin milli varlıq naminə dərk edilməsi xalqın bütün təbəqələrini birləşdirdi. Bəli, Vətən müharibəsində əzəmətli Qələbə təsdiq edir ki, Azərbaycanın Qarabağ Zəfəri yalnız və yalnız Çanaqqala rəşadəti, şanlı Sakarya döyüşləri, İzmirin qurtuluşu kimi tarixi savaş səhnələri ilə müqayisə edilə bilər.

Hələ müharibədən xeyli əvvəl Ermənistan hərbi-siyasi rəhbərliyi bəyan edirdi ki, əgər rəsmi Bakı işğal altındakı torpaqları hərbi yolla azad etmək fikrinə düşsə, onların tankları paytaxtımızda olacaq. Dəlidən doğru xəbər! Terrorçu dövlətin rəsmi şəxslərindən ilk dəfə “doğru” xəbər eşitdik. Lakin onların tankları, topları, digər zirehli texnikaları Bakıya iddia etdikləri kimi deyil, əsir timsalında qənimət kimi gətirildi.

Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Ermənistan ordusundan qənimət götürülən ağır zirehli texnikanın bir qismi nümayiş etdirildi. Hazırda Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən düşmənə məxsus hərbi texnika və silahların dili olsa, bu məkana ekskursiya edənlərə bitib tükənməyən erməni cinayətlərindən danışa bilər. Əlbəttə, əsas amil bu cinayətlərin hansı texnika ilə törədilməsi deyil, kim tərəfindən və hansı hislərlə törədilməsidir.

Əcdadlarımızdan əmanət olan mərdlik və mətanətin savaş meydanında nümayişi

İşğalçı erməni faşistlərinin öz tanklarını Bakıda görmək arzusu, əslində, onların 1990-cı illərdə “Azərbaycanı Livana, Bakını Beyruta çevirəcəyik” hədəsinin davamı idi. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının, türk millətinin Vətənə, torpağa olan tükənməz sevgi və məhəbbətini dünyaya nümayiş etdirərək onilliklər boyu erməni toplumundan bizə qarşı istifadə edən böyük gücləri lərzəyə gətirdi. Düşmən bu təlaşa 1988-ci ildə ermənilər Topxana meşələrini baltalamağa başlayanda bir dəfə də şahidlik etmişdi. İndi isə o illər çox geridə qaldığı kimi, o dövrün ədalətsiz siyasi vəziyyəti də tarixinin zibilliyinə atılıb.

Vətən müharibəsi Azərbaycan xalqının çox nadir müsbət keyfiyyətlərini, o cümlədən əcdadlarımızdan əmanət qalan mərdliyini və mətanətini nümayiş etdirdi. Prezident İlham Əliyevin nəsillərə örnək olan “Sözümüz imzamız qədər dəyərlidir” ifadəsi müharibənin ən qızğın vaxtlarında Azərbaycan əsgərinin insanlıq və humanizm şüarına çevrildi. Səngərdə gizlənən düşmənə “Silahını yerə qoy, çıx, öldürmərəm səni” deyən azərbaycanlı igid düşüncəsi erməni terrorizmi ilə zəhərlənmiş, bəlkə də ağır cinayətlər törətmiş erməni hərbçini əsir götürdü, amma onu alçaltmadı, ona işgəncə vermədi, sadəcə olaraq, aidiyyəti qaydada təhvil verdi.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıqla bərabər, bütün dünya üçün nümunəvi sayılan davranış nümayiş etdirdiyi gün kimi aydındır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun ötən il qazandığı möhtəşəm Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayanır. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Azərbaycan hərbçiləri düşmən ordusuna və onun bütün işğalçı nümayəndələrinə qarşı mərdlik və mətanət göstərdi. Baxmayaraq ki, biz bu münasibəti tarixin heç bir dövründə özümüzə qarşı görməmişik.

Vətən və yurd sevgisi milli istedadın güc qaynağıdır

Böyük Zəfərlə başa çatan Qarabağ müharibəsi, bu uğuru qazandıran cəhətlər, Azərbaycan xalqının bitib tükənməyən vətən və yurd sevgisi uzun zaman kəsiyində tarixçilərin, sosioloq və analitiklərin müzakirə mövzusu olacaqdır. Ən azı ona görə ki, bu savaş təkcə böyük Qələbə ilə yaddaşlarda qalmadı, həm də Azərbaycan xalqının sonsuz yaradıcılıq istedadının incəliklərini ortaya çıxardı. Aşağıda təqdim etdiyimiz faktlar bir daha göstərdi ki, Vətən və yurd sevgisi milli istedadın güc qaynağıdır.

- Prezident İlham Əliyevə məxsus “Qarabağ Azərbaycandır” şüarı onilliklər boyu dilimizin əzbəri olan “Vətən sağ olsun”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarına bayraqdarlıq edərək zəfər yürüşünün qazanılmasında mənəvi birlik simvoluna çevrildi.

-Zəbt olunmuş azərbaycanlı evlərində uzun illər yaşayan bir neçə erməninin qaldığı otaqlardan Azərbaycanın görkəmli müğənnilərinin, musiqi xadimlərinin fotoları, səs yazıları tapıldı. İbrətamizdir! Əgər düşmən sənin mahnılarına pərəstiş edərək musiqiçilərinin fotolarını əzizləyirsə, deməli, bu amil xalq olaraq sənin musiqinin gücünün göstəricisidir.

-Düşmənin atıb getdiyi azyaşlı ermənini xilas edən Azərbaycan zabiti öz yeməyini, suyunu ona verməklə mənəvi yenilməzliyini bütün dünyaya göstərdi;

-Azərbaycanlı ata itkin düşən oğlunun bir neçə gün sonra tapılan cənazəsinə qurban kəsdi;

-Müharibədə bir qolunu itirib qazilik şərəfinə yüksələn gənc əsgər telekanalda canlı yayında dedi: Bəlkə də anam bu sözlərimdən inciyəcək. Ancaq kaş ki, mən şəhid olardım, amma evli cəbhə yoldaşlarımdan biri ailəsinin yanına dönərdi;

-Şəhid qardaşından sonra ərinin də şəhadət zirvəsinə yüksəldiyini eşidən gənc gəlin həyat yoldaşının tabutunu çiynində daşıdı;

-Ana aman-zaman bircə oğlunun cənazəsini toy evi kimi bəzədiyi bəy otağında qarşıladı;

-Vətənə, torpağa, Müzəffər Ali Baş Komandana, Yenilməz Orduya məhəbbəti tərənnüm edən, rəzil düşmənə kim olduğumuzu göstərən məzmunlarda musiqilər bəstələndi, meyxanalar qoşuldu;

-Mahnıların sözləri havaya uyğun oxundu və sevə-sevə qarşılandı. Altmış ilin mahnısı “Xudayar təsnifi!” adını qazandı.

İnsan talelərini, ailə dramlarını özündə əks etdirən yuxarıda sadaladığımız gerçək epizodların hər biri milyonların qəlbini fəth edə biləcək bioqrafik hekayələrin əsas süjetidir. Bu epizodların heç biri digərini təkrarlamır, amma tamamlayır, biri digərinə güc və qüdrət gətirir...

1990-1993-cü illərdə torpaqlarımızı işğal edən erməni quldurlar da terror gücünə qazandıqları “qələbə” ilə bağlı çoxlu videolar yaymışdılar. Elə torpaqlarımızı işğal altında saxladıqları illərdə də milli heysiyyətimizə toxunan “şənliklər” düzəltmişdilər. Lakin bunları heç biri, hətta həmin “şənliklər”dəki musiqi alətləri və mahnılar, rəqs havaları belə ermənilərə “məxsusluğu” sübuta yetirmədi. Otuz illik işğalçılıq tarixində təcavüzkar Ermənistan, onu bu və ya digər formada təmsil edənlər dağıtmaqdan, yandırmaqdan, talan etməkdən başqa nə bacardılar? Zaman-zaman musiqimizi mənimsəyən, mədəniyyətimizə əl uzadan, hətta ad və toponimlərimizi bir hərf dəyişikliyi ilə erməniləşdirməyə çalışan bu toplumun nümayəndələri niyə o dağlarda, meşələrdə səfalı bulaqların başında yaddaqalan, insanların zehnini oxşayan hadisələr yarada bilmədilər? Çünki bu torpaqlarda hər şey onlara yaddır.

Vətən müharibəsindən sonra Azərbaycan xalqının şəhidlərin əziz xatirəsinə və qazilərə göstərdiyi ehtiram, onların ailələrinə və övladlarına verilən hərtərəfli dəstək Azərbaycanda dövlət, Vətən və vətəndaş anlayışların bir-birinə sarsılmaz bağlı olduğunu göstərdi.

“Şəhidini tanı”, “Zəfər yolunun qəhrəmanları”, “Könüllü qəhrəmanların oktyabr görüşü”, “Tut əlimdən”, “Qələbə qaçışı”, “Tarixi zəfərimizin əsasları”, “Zəfərin keşikçiləri”, “Dəmir Yumruq” və sair məzmunlu müxtəlif layihələr və tədbirlər bütün vətəndaşları mənəvi tellərlə özündə birləşdirməyi bacardı.

Dahi şair, böyük filosof Nizami Gəncəvi yazırdı:

Maqnit olmasaydı eşqin əsiri,

Çəkməzdi özünə dəmir zənciri.

Kəhrəbanın eşqə düşməsə canı,

Belə cəzb etməzdi quru samanı.

Bəli, eyni məntiqlə bir daha deyə bilərik ki, torpaq və Vətən ilə onların əsl sahibi arasındakı eşq cazibəsi hər zaman bütün sahələrdə qurub yaratmaq səltənətini yüksəldir. Hətta uğrunda ölməyə hazır olduğun Vətənin döyüş meydanında da!

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından birindəki ifadələrə müraciət edək: “Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut… Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir”.

Azərbaycanın Vətən müharibəsi böyük Zəfərlə başa çatıb. Amma daha böyük savaşlar hələ qabaqdadır. Qarşıda bizi gözləyən yüksək intellektin, elm və biliyin, düzgün siyasətin, zərif diplomatiyanın və yüksək texnologiyalara sahib olmağın savaşıdır.

İstəsək də, istəməsək də Azərbaycan və Türkiyə olaraq iki yüz illik saxta tarixi olan “böyük Ermənistan” iddiası ilə üz-üzəyik. Bu iddia ortaya çıxanda nə ermənilər indiki Ermənistan coğrafiyasına köçürülmüşdülər, nə də Ermənistan dövləti var idi. İndi işğalçı Ermənistanın təcavüzkar ordusu məhv edilib. Amma saxta “böyük Ermənistan” iddiası erməni toplumunun beynindən təmizlənməyib. Ermənistan dövlətinin varlığı da sual altına düşüb. Amma nə erməni din xadimləri, nə də erməni lobbisi “mehriban qonşuluq və səmimi dostluq” adlı sağlam düşüncə konsepsiyasını qəbul etməyiblər. Terrorçu Ermənistanın və erməni lobbisinin üzdə onlara faydalı görünən, əslində isə yalnız öz maraq və mənafeləri üçün çalışan havadarları heç zaman niyyətlərindən çəkilməyəcəklər. Onların biri zəifləsə, yerini başqa biri tutacaq və hər zaman mövcud olacaqlar. Ona görə də türk və müsəlman olaraq xalqlarımızı və dövlətlərimizi qorumaq və inkişaf etdirmək ən böyük hədəfimizdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib