SİYASƏT
Respublika Günü Mingəçevirdə silsilə tədbirlərlə qeyd edilmişdir
Mingəçevir, 27 may (AZƏRTAC). 28 May - Respublika Günü münasibətilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda bır sıra görüşlər, təhsil müəssisələrində açıq dərslər, kitabxanalarda və rəsm qalereyasında sərgilər, tarix-diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil edilmişdir.
Həmçinin Mingəçevir Politexnik İnstitutunda «Dövlətçiliyimizin qızıl səhifəsi” mövzusunda “dəyirmi masa”, “Heydər Əliyev siyasi xəttinin ardıcılları” diskussiya klubunun xüsusi məşğələsi, futbol üzrə şəhər birinciliyi keçirilmişdir.