SİYASƏT
RƏSUL QULİYEV SİMFEROPOLDA SAXLANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin keçmiş sədri, Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev oktyabrın 17-də Ukraynanın Simferopol hava limanında İnterpolun əməkdaşları tərəfindən saxlanılmışdır. Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi İnna Kisel vermişdir. O bildirmişdir ki, beynəlxalq axtarışda olan Rəsul Quliyev Azərbaycanın hüquq mühafizə orqanlarının xahişinə əsasən ekstradisiya edilmək məqsədi ilə saxlanılmışdır.
Ukraynanın daxili işlər naziri Yuri Lutsenko “Kanal-5” televiziyasının efirindən demişdir ki, Rəsul Quliyevin ekstradisiyası məsələsinə dair qərarı Ukrayna Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi qəbul edəcəkdir.