Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rövşən Muradov: Nizami Gəncəvi Mərkəzi orijinal əlyazmaların ən böyük arxividir

Rövşən Muradov: Nizami Gəncəvi Mərkəzi orijinal əlyazmaların ən böyük arxividir

Riqa, 17 aprel (AZƏRTAC). Aprelin axırlarında Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi ilə Cənubi Qafqaz forumu keçiriləcəkdir. Bununla əlaqədar, hələ keçən il sentyabr ayında Bakıda Latviya, Bolqarıstan, Boliviya, Hollandiya, Mavritaniya və Finlandiyanın sabiq prezidentlərinin və sabiq baş nazirlərinin iştirakı ilə hazırlıq iclası təşkil edilmişdi. 

Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin icraçı direktoru, Riqada səfərdə olan Rövşən Muradov bu barədə AZƏRTAC-a müsahibəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, müştərək cəmiyyətlərin II Qlobal Forumuna hazırlıq çərçivəsində Stokholmda, Vyanada, Avstraliyada və Afinada müzakirələr aparmışdır. R.Muradovun sözlərinə görə, bu qlobal təşəbbüs Şərq ilə Qərb, islam ilə xristianlıq arasında dialoqun dəstəklənməsinə yönəlmişdir.

R.Muradov bildirmişdir ki, bu il yanvarın əvvəlindən bəri foruma hazırlıq işləri əlaqədar 46 ölkədə 88 dövlət başçısının iştirakı ilə görüşlər keçirilmişdir. II Qlobal Forumda təmsil olunacaq ən böyük nümayəndə heyəti İordaniyadan gələcəkdir: həmin nümayəndə heyətinə bu ölkənin 3 sabiq baş naziri, senatın sədri, 4 nazir, 20 senator, habelə kral ailəsinin üzvləri daxildir. Bakı forumunda ilk dəfə olaraq Livanın keçmiş prezidenti də iştirak edəcəkdir.

İcraçı direktor diqqətə çatdırmışdır, Nizami Mərkəzinin idarə heyəti genişləndikcə onun nüfuzu da artır. Belə ki, 2012-ci ilin sentyabr ayında bu mərkəz yaradılarkən orada 3 sabiq prezident - Süleyman Dəmirəl, Vayra Vike-Freyberqa və Roza Otunbayeva təmsil olunduğu halda bu gün mərkəzdə 47 sabiq prezident təmsil olunmuşdur. Mərkəzin fəaliyyətə başlanmasından cəmi ilyarım keçdiyini nəzərə alsaq, bu heç də kiçik göstərici deyil.

R.Muradov bildirir ki, II Qlobal Forum 2015-ci ildən sonrakı dövrdə Minilliyin İnkişafı layihəsinə həsr ediləcəkdir. Forumda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə ediləcəkdir.

Forum iştirakçılarının toxunacağı mühüm mövzulardan biri də ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi olacaqdır. Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, forumda tarixdə ilk dəfə olaraq Madrid klubu, Roma klubu, İsgəndəriyyə kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Ümumdünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası, Konqres Kitabxanası kimi nüfuzlu beynəlxalq təşkilatlar rəhbərlik səviyyəsində təmsil olunacaqdır.

Nizami Gəncəvi Mərkəzinin icraçı direktoru Mərkəzin fəaliyyəti barədə də danışmışdır. Nizami Gəncəvi Mərkəzi beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Mərkəz qısa müddətdə böyük Nizaminin irsini təşkil edən və dünya arxivlərində saxlanılan ədəbiyyatın kataloqunu yaratmağa müvəffəq olmuşdur. Beynəlxalq Nizami Gəncəvi Mərkəzi ilə Nizami Gəncəvinin çoxsaylı orijinal əlyazmalarının saxlandığı Melburn Universiteti arasında imzalanmış müqavilə sayəsində mərkəz öz arxivini zənginləşdirmişdir. Mərkəzin işi sayəsində bu gün Nizami Gəncəvi Azərbaycanı dünyada təcəssüm etdirir. Mirzə Şəfi Vazehin irsinin araşdırılmasına həsr edilmiş elmi monoqrafiyalar Mərkəz xətti ilə Bakıya gətirilmiş və Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Vazehin vətəni Gəncədəki muzeyə təhvil verilmişdir.

Beynəlxalq Nizami Gəncəvi Mərkəzi Nizamidən əvvəlki və onun yaradıcılığından sonrakı dövrdə orijinal əlyazmaların regional səviyyəli ən böyük arxivi hesab edilir.

İcraçı direktor diqqətə çatdırmışdır ki, bu gün dinlərarası və mədəniyyətlərarası dialoq baxımından regionda müəyyən boşluq müşahidə olunur. Buna görə Beynəlxalq Mərkəz Qərb ilə Şərq arasında körpü rolunu öz üzərinə götürmüşdür. Təsadüfi deyildir ki, Mərkəzin şüarı tolerantlıq, qarşılıqlı anlaşma, millətlərarası və dinlərarası bərabərlikdir. R.Muradov qeyd etmişdir ki, Amerika və Misirdən sonra Bakı forumu İsrail ilə İran arasında, Avropa ölkələri arasında diskussiyalara keçirəcək yeganə platforma olacaqdır. Rövşən Muradov deyir ki, çoxları Nizami Gəncəvi Mərkəzinin bir sıra humanitar forumlarda nə üçün iştirak etməsini başa düşmür. İş burasındadır ki, böyük mütəfəkkir hələ 9 əsr bundan əvvəl insan hüquqlarının müdafiəsi, qadınlara hüquq verilməsi məsələsində böyük rol oynamışdır. Nizami Gəncəvi öz xalqının arzu və xəyallarını yalnız ona xas olan tərzdə uzlaşdıraraq böyük əsərlər yaratmışdır.

R.Muradov demişdir ki, İsgəndəriyyə kitabxanasının direktoru, Nizamini Şərqin Allahı hesab edən İsmayıl Serageldin Nizami Gəncəvinin yaradıcılığından bəhs edən kitab yazmış, habelə “Əfsanəvi Nizami ədəbiyyatı” adlı 45 dəqiqəlik onlayn vəsait hazırlamışdır. Bütün dünyada böyük tələbat olan bu vəsaitdə sübut edilmişdir ki, böyük Nizami məhz Azərbaycan şairidir.

Moldovanın sabiq prezidenti Pyotr Luçinski məxsusi II aprel forumu münasibətilə Nizaminin aforizmlərini beş dilə tərcümə etmişdir. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Nizami haqqında “Yeddi gözəl” fəlsəfəsi” adlı kitab yazır. R.Muradov deyir ki, Nizaminin əlyazmaları bütün hərraclarda satılır, lakin onları almaq üçün kifayət qədər vəsaitimiz yoxdur, halbuki özünə hörmət edən hər bir kolleksiyaçı Nizami əlyazmalarını alır.

Nizami Gəncəvinin əsərləri onun yaşadığı dövrün humanist, ümumbəşəri, ictimai-siyasi, sosial və mənəvi əxlaqi dəyərlərini əks etdirməklə, Şərq Renessansının zirvəsi olmuşdur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır