RƏSMİ XRONİKA
RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TRAYAN BESESKUYA
Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Ruminiya arasındakı dostluq münasibətləri bu gün müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, əlaqələrimizin əhatə dairəsinin daha da genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2007-ci il.