SİYASƏT
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 2 iyun (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunun 2-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Aleksey Ulyukayev Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoymuşdur.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:23]
ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb
- 21.05.2024 [16:48]
Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub
- 21.05.2024 [15:22]
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
- 21.05.2024 [14:44]
Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar
- 21.05.2024 [14:22]
ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib
- 21.05.2024 [13:24]