İQTİSADİYYAT
Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər
Bakı, 23 aprel, AZƏRTAC
Şimal-Cənub Nəqliyyat Dəhlizinin yükdaşıma imkanı 60-100 milyon tona qədər arta bilər.
AZƏRTAC Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Rusiyanın nəqliyyat naziri Vitali Savelev deyib.
“Yaxın perspektivdə dəhlizlə yükdaşıma 7 milyon tondan 15 milyon tona çatacaq. Gələcəkdə isə bu, mərhələli şəklidə tədricən artacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin 162 kilometrlik Rəşt-Astara hissəsini İranla birlikdə inşa edəcəyik. Bu layihəni 2027-2028-ci ildə yekunlaşdırmağı düşünürük. Azərbaycan marşrutun öz ərazisindən keçən hissəsini yaxşılaşdırır ki, bu da ildə 7 milyon ton yük daşınmasına imkan verir”, - deyə nazir nəzərə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]