ELM VƏ TƏHSİL
“SABAH Magistratura" proqramı çərçivəsində müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb
Bakı, 7 yanvar, AZƏRTAC
“SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.
Müraciətlər yanvarın 15-i saat 23:59-dək qəbul olunur.