RƏSMİ XRONİKA
SAHİBKARLIQ FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN FƏALİYYƏTİNİN “BİR PƏNCƏRƏ” PRİNSİPİ ÜZRƏ TƏŞKİLİNİN TƏMİN EDİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə”
prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilsin.
2. Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə”
prinsipi 2008-ci il 1 yanvar tarixindən tətbiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. normativ-hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir
pəncərə” prinsipinə uyğun təşkili ilə bağlı lazımi tədbirlər görsün;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2007-ci il.