DÜNYA
Saksoniya və Brandenburqda keçirilən əyalət seçkilərində qaliblər müəyyənləşib
Berlin, 2 sentyabr, AZƏRTAC
Alman Sosial-Demokratları (ASDP) bazar günü Brandenburq parlamentinə (landtaq) keçirilən seçkilərdə 26 faiz səslə qalib gəliblər. Xristian Demokrat İttifaqından (XDİ) olan mühafizəkarlar isə 32,5 faiz səslə Saksoniyada qələbələrini qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, iki federal əyalətdə bazar günü keçirilən seçkilərin nəticəsi belədir.
“Almaniya üçün Alternativ” ifrat-sağçı Partiyasının əldə etdiyi nəticələr barədə proqnozlar intriqaya səbəb olub. İlkin nəticələrə görə, bu partiya hər iki əyalətdə ikinci yerdə qərarlaşıb. Brandenburqda sağçı populist qüvvələrin hesabında 23,5 faiz, Saksoniyada isə 27,8 faiz səs toplanıb.
Saksoniyada 10,3 faiz səslə “De Lenke” (solçular) Partiyası, Brandenburqda isə 15,7 faizlə XDİ üçüncü yeri tutublar.
“Yaşıllar” bu əyalətlərdəki ilk üçlüyə düşə bilməyiblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [23:05]
Rumıniyada NATO-nun təlimi keçiriləcək
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]