İDMAN
Sebastian Fettel Formula E çempionatında iştirakdan imtina edib
Bakı, 15 may, AZƏRTAC
Formula E və “Extreme E” seriyalarının baş promouteri Alexandro Aqaq Sebastian Fettel ilə uğursuz danışıqlardan söhbət açıb.
AZƏRTAC xəbər verir ki, Formula 1-in dördqat çempionu ötən il Böyük Mükafatlarda karyerasını başa vurub. O, bundan sonra nə ilə məşğul olacağı barədə hələ elan etməyib.
“Mən Fetteli Formula E-yə keçmək üçün dilə tutmağa çalışdım, eləcə də onu “Extreme E” çempionatına dəvət etdim. Lakin o, əfsuslar olsun ki, vaxtında müraciət etmədi. Deyəsən Sebastian gələcək planları ilə bağlı qərar verib və özünə yeni iş tapıb”, - deyə Aqaq “Motosport” Niderland versiyasına müsahibəsində bildirib.
Fettel özü Formula E çempionatı barədə dəfələrlə mənfi ifadələr işlədib. Xüsusən, ötən ilin payızında o, Aqaqın layihəsini ələ salaraq bildirib ki, elektrik maşınlarının çempionatının mövcudluğu əhəmiyyət kəsb etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [21:44]
Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]