RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycan Respublikasının və Polşa Respublikasının dövlət bayraqları ilə bəzədilmiş Qdansk şəhərinin Lex Valensa adına hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı İlham Əliyev həmin gün gecə Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2024 [22:35]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2024 [21:00]