İQTİSADİYYAT
Səkkiz ayda 64,3 min ton polipropilen ixrac edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 64,3 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə ixrac olunan polipropilenin dəyəri isə 51,7 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]