Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Şərqşünaslıq İnstitutunda ərəb filologiyasına dair aparılan tədqiqatlar dünya şərqşünaslıq elminə dəyərli töhfədir

Bakı, 30 noyabr, AZƏRTAC

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsi 1976-cı ildə yaradılıb və həmin dövrdən 1992-ci ilə qədər professor Aida İmanquliyeva rəhbərlik edib. Məhz o dövrdə Ərəb filologiyası şöbəsi elmi fəallıq baxımından yüksəliş əldə edib. Görkəmli alimin rəhbərliyi ilə bir sıra namizədlik dissertasiyaları müdafiə edilib, ərəb ədəbiyyatının müxtəlif sahələrini əhatə edən kitab və monoqrafiyalar həm Azərbaycan, həm də rus dillərində çap olunub. Aida xanım ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində bir neçə fundamental əsərin müəllifi kimi çıxış edərək Azərbaycan şərqşünaslıq elminin inkişafına töhfə verib. Alimin “Qələmlər birliyi” və Mixail Nuaymə” adlı əsərləri ərəb məhcər ədəbiyyatının meydana gəlməsindən, xüsusilə XX əsrin 20-ci illərində Nyu-York şəhərində yaşayan mühacir ərəb yazıçıları tərəfindən yaradılan “Qələmlər birliyi” adlı cəmiyyətin yaranma və inkişaf tarixindən bəhs edir. Görkəmli alimin “Yeni ərəb ədəbiyyatının korifeyləri” əsəri isə ərəb ədəbiyyatının tədqiqi sahəsində əsl töhfədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova söyləyib. O bildirib ki, uzun illər ərzində Ərəb filologiyası şöbəsinə rəhbərlik etmiş professor Aida İmanquliyevanın açdığı yol, yaratdığı məktəb daha sonra tanınmış şərqşünas, professor Vilayət Cəfərovun rəhbərliyi altında elmi uğurlarla davam etdirilib. Bu dönəmdə işıq üzü görən “Əbül-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” (akademik Gövhər Baxşəliyeva), “İraqda neoklassik poeziya” (professor Vilayət Cəfərov), “Azərbaycan-ərəb ədəbi əlaqələri” (Faiq Əliyev), “Əz-Zəncaninin “Mabadiu fit-tasrif əsəri”, “XVIII əsr Azərbaycan alimi İbrahim əl-Əraşinin linqvistik yaradıcılığı” (Laura Orucova), “Azərbaycan alimi Hübeyş Tiflisinin “Qanuni-l-ədəb” lüğəti”, “İbn Firiştə və onun qafiyəli qlossarisi” (Çimnaz Mirzəzadə), “Əbu Həyyan əl-Əndəlusi. “Əd-durra əl-mudiyyə fi-l-luğa ət-turkiyyə” (Zenfira Rüstəmova) adlı əsərlər, şöbədə hazırlanmış “Ərəb dilçilik terminləri lüğəti” (Laura Orucova), dörddilli (Azərbaycan, rus, ərəb və latın) “Tibb terminləri lüğəti” (Laura Orucova, Zenfira Rüstəmova) və digər kitablar Ərəb filologiyası şöbəsinin yalnız Azərbaycan şərqşünaslığının deyil, dünya şərqşünaslığının inkişafına verdiyi qiymətli töhfələrdir, desək, yanılmarıq”.

X.Ələkbərova əlavə edib ki, Ərəb filologiyası şöbəsinin əməkdaşlarının zəngin ərəb ədəbiyyatının istər klassik, istər müasir nümunələrinin Azərbaycan dilinə tərcüməsi istiqamətində də xidmətləri böyükdür: “Qeyd edilməlidir ki, bununla əməkdaşlarımız respublikamızın Ərəb Şərqi ilə elmi-mədəni münasibətlərinin inkişafına dəyərli töhfələrini veriblər. Bu sırada Misir, Livan, İraq, Sudan, Mərakeş, Əlcəzair, İordaniya və digər ərəb ölkələrinin yazıçılarının hekayələr toplusu olan “İnsan və quş”, “Ağ günlərin sorağında” adlı antologiyaları misal olaraq qeyd edə bilərik. Bundan əlavə, akademik Gövhər Baxşəliyeva ilk dəfə olaraq Əbül-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı” antologiyasından üzri məhəbbət şairi Qeys ibn Müləvvəhin - Məcnunun həyat və yaradıcılığını əks etdirən iki fəsli və ərəbdilli Azərbaycan şairləri Musa Şəhavat, İsmayıl ibn Yassar və Əbul-Abbas Əl-Əmadan bəhs edən üç fəsli tam şəkildə tərcümə edib. Bu tərcümələr “Əbül-Fərəc əl-İsfahani. “Nəğmələr kitabı” (rus dilində) və “Əbül-Fərəc İsfahani. “Bir Məcnun vardı...” adlı kitablar şəklində nəşr olunub.

Bundan başqa, professor Vilayət Cəfərov tərəfindən görkəmli ərəb yazıçısı Cürci Zeydanın “Fərqanə gəlini” (“Ərusu Fərğanə”) romanı yüksək bədii ustalıqla tərcümə olunaraq çap edilib. Həmçinin Misir ədəbiyyatının Nobel mükafatı laureatı Nəcib Məhfuzun zəngin irsindən silsilə tərcümələr, eləcə də müasir ərəb ədəbiyyatından çoxsaylı bədii tərcümələr həm antologiya şəklində, həm respublikanın dövri mətbuat səhifələrində işıq üzü görüb (Xumar Ələkbərova. “Bir səs var uzaqda”. ”Ulduzlar işığında”, “Dünyanın səsi” adlı antologiyalar, “Qorxulu yuxular”, “Ərəb ədəbiyyatından hekayələr çələngi” və s.)

X. Ələkbərova vurğulayıb ki, son dövrlərdə ərsəyə gələn tədqiqatlar isə Ərəb filologiyası şöbəsində əsası qoyulmuş elmi ənənələrin uğurla davam etdirildiyini bir daha göstərir: “Xüsusən akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə institutun elmi yaradıcılıq mühitində maraqlı tədqiqat əsərləri işıq üzü görüb. Bu əsərlər respublika hüdudlarından kənarda da geniş tələbatla qarşılanır. Bu sırada G.Baxşəliyevanın “Müasir Suriya hekayəsi”, “Taufiq əl-Həkimin ədəbi görüşləri”, Vilayət Cəfərovun “A.İmanquliyeva. Məqalələr və tərcümələr” adlı kitabları, həmçinin Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Səbinə Səlimovanın “Ərəb bədii nəsrində ilkin Abbasilər dövrünün təsviri”, Xanımzər Kərimovanın “Ədəb janrı və Ət-Tənuxinin “Nişvar əl-muhadara va əxbər əl-muzəkəra”, Fatma Məcidovanın “Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi”, Seymur Əhmədovun “Ərəb dilinin dialektləri və İraq dialekti ilə İraq-türkman dili arasında əlaqə”, Xumar Ələkbərovanın “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhuz”, Lalə Bayramovanın “Min bir gecə” ümumşərq ədəbiyyatının mədəni-tarixi abidəsi kimi”, “Əyyəmu-l-arab” cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi”, Zenfira Rüstəmova və Gülşən Həmidlinin “Ərəb ədəbi dilində say və cins kateqoriyası”, Laura Orucovanın “XVIII əsr azərbaycanlı alim İbrahim əl-Araşinin dilçilik yaradıcılığı” monoqrafıyalarını qeyd edə bilərik”.

Şərqşünas alimin sözlərinə görə, akademik G.Baxşəliyevanın 2021-ci ildə işıq üzü görən “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında” əsərini isə Azərbaycan şərqşünaslığının nəinki dünya şərqşünaslığına, ümumiyyətlə, dünya ictimaiyyətinə qiymətli töhfəsi adlandıra bilərik. Bu əsər şərqşünas alim tərəfindən bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazılıb. Əsərdə Nizaminin əsərlərindən təkzibolunmaz faktlar əsasında şairin Azərbaycan türkü kimi etnik mənsubiyyəti sübuta yetirilib və bu məsələnin müxtəlif aspektləri yeddi bölmə üzrə araşdırmaya cəlb olunub.

Hazırda elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir və Ərəb filologiyası şöbəsi də elmi ictimaiyyət qarşısında qoyulmuş mühüm vəzifələrin həlli, Azərbaycan şərqşünaslığının dünya elminə sürətlə və elektron-innovativ şəkildə inteqrasiyası istiqamətində məhsuldar fəaliyyətini davam etdirir. Şöbə əməkdaşlarının ərəb filologiyasının prioritet məsələlərinə həsr olunmuş elmi araşdırmaları mütəmadi olaraq beynəlxalq elmi indeksli nəşrlərdə işıqlandırılır. Bundan başqa, ərəbşünaslarımız beynəlxalq elmi müzakirələr platformasında da Azərbaycan şərqşünaslığını uğurla təmsil edirlər. Belə ki, onların ABŞ, Avstraliya, Meksika, Kolumbiya, Yaponiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya, Misir, Liviya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Avstriya və s. mötəbər beynəlxalq konfransların kürsülərindən səsləndirdikləri məruzələri, ərəb filologiyasının aktual mövzularına həsr olunmuş tezisləri, elmi müzakirələrdə qeyd etdikləri aktual çağırışlar, elmi əsaslandırılmış məntiqi çıxışları böyük maraqla qarşılanır.

“Tarixi, dini bağları ilə Şərqin önəmli hissəsi olan Azərbaycan Şərqin xəzinəsinin öyrənilməsində hər zaman açar olmuşdur desək, yanılmarıq. Belə ki, Azərbaycan Qərblə Şərqin qovşağında yerləşən coğrafi mövqeyi ilə daim fərqli mədəniyyətlərin, elmi nailiyyətlərin qarşılıqlı faydalı inkişafı və inteqrasiyasında mühüm rol oynayıb. Bu istiqamətdə danılmaz rolu olan AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsi bundan sonra da Azərbaycan şərqşünaslıq məktəbi ənənələrini uğurla davam etdirərək, qloballaşan dünyada müasir elmin tələblərinə cavab verən aktual araşdırmalarla Azərbaycan elminin inkişaf tarixində öz sözünü deyəcək, elmi zirvələri fəth edəcək”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Latviyada Rusiya vətəndaşlığını saxlayan şəxslər orduya çağırılmayacaqlar

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Süni intellekt tibb işçilərinə kömək edəcək

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb