İQTİSADİYYAT
SOCAR bu il 35,6 min metr qazma işi görüb
Bakı, 4 aprel, AZƏRTAC
Bu ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17 min 29 metr qazma işi həyata keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 14 min 825 metri istismara, 2 min 204 metri isə kəşfiyyata aiddir. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35 min 613 metr qazma işi görülüb ki, bunun da 33 min 409 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Mart ayında qazmadan alınan 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]