Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

Rusiya Prezidenti Soçidə adətən olduqca əhəmiyyətli geosiyasi məsələləri müzakirə edir. Azərbaycan Prezidentinin Soçiyə dəvət edilməsi və çox mühüm məsələlərin müzakirə edilməsi bu kontekstdə bir sıra nəticələr çıxarmağa imkan verir. Prezident İlham Əliyevi yüksək səviyyədə qarşılayan Rusiya dövlət başçısı regional və qlobal təhlükəsizlik üçün ciddi əhəmiyyəti olan problemləri müzakirə edəcəyini açıq bildirib. Tərəfdaş kimi Azərbaycan Prezidentinin seçilməsi isə təsadüfi deyil. Çünki məhz İlham Əliyev regional əməkdaşlığı inkişaf etdirən bir sıra maraqlı formatların təşəbbüskarıdır. Bundan başqa, Azərbaycan rəhbərliyi enerji, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrini əhatə edən perspektivli beynəlxalq layihələrdə fəal iştirak edir. Təbii ki, Vladimir Putini İlham Əliyevlə görüşməyə sövq edən səbəblər içərisində Yaxın Şərqdə son zamanlar cərəyan edən hadisələrin və cəbhə bölgəsində ermənilərin törətdiyi təxribatların da təsiri vardır. Azərbaycan bu dəfə də ermənilərin layiqli cavabını verib və güclü orduya malik olduğunu yenidən təsdiqləyib. Bütün bunlar özlüyündə regional təhlükəsizliyin təmini istiqamətində yeni addımların atılmasını şərtləndirir. Yuxarıda vurğulanan məqamların təhlil edilməsi ehtiyacı aydın hiss edilir.

Cənubi Qafqazın lideri: etibarlı tərəfdaş

Rusiya Prezidenti Soçidə adətən çox əhəmiyyətli hesab etdiyi görüşləri keçirir. Vladimir Putinin oradakı iqamətgahı bir qayda olaraq, istirahət üçün nəzərdə tutulub. Xüsusi hallarda isə, çox aktual hesab edilən problemlərin müzakirəsi də təşkil edilir. Təcrübə göstərir ki, Soçidə keçirilən işgüzar müzakirələrin konkret nəticələri olur. Bütün bunların fonunda Rusiya Prezidentinin Azərbaycan lideri ilə Soçidə görüşməsi böyük maraq doğurdu. Xüsusilə Ermənistan siyasi və ekspert dairələrinin narahatlığı dərhal özünü göstərdi.

Erməni KİV-i müxtəlif şərhlər verməyə çalışdı. Hətta bir sıra mətbuat orqanı utanmadan Azərbaycanın Rusiyanın təsiri altında olduğu haqqında cəfəng və əsassız tezislər irəli sürdülər. Əslində, erməniləri başa düşmək olardı. Çünki onlar vəziyyətin ciddiliyini anlayırlar və görüş barədə informasiya almağa çalışırdılar. Reallıqda burada müəmmalı və dolaşıq heç bir məqam yoxdur.

Hər şeydən əvvəl, onu vurğulamaq lazımdır ki, Rusiya Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir. Bundan heç cür imtina etmək mümkün deyildir. Qlobal miqyasda cərəyan edən geosiyasi və energetik proseslərə diqqət edək. Orada Azərbaycanın təsiri yeni müstəqil dövlət kimi kifayət qədər güclüdür. Avropa dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyinin təminində Bakının rolu böyükdür. Rəsmi tədbirlərin hər birində yüksək səviyyədə bu barədə siyasi liderlər fikir bildirirlər. Belə mövqenin tam əsası vardır - Azərbaycan rəhbərliyi konkret enerji layihələri ilə dünya miqyasında gedən proseslərə təsir edə bildiyini nümayiş etdirməkdədir.

Sonra, Azərbaycan regional əməkdaşlıq istiqamətində tarixi əhəmiyyətə malik addımlar atır. Rəsmi Bakı perspektivli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Regionun böyük dövlətləri olan İran, Rusiya və Türkiyə ilə müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni, energetik, nəqliyyat sahələrində əlaqələr qura bilib.

Nəhayət, Azərbaycan “Yeni İpək Yolu”, “Bir zolaq, bir yol” layihəsinin aktiv iştirakçısı kimi Cənubi Qafqazda aparıcı mövqedədir. Bu keyfiyyətdə onun qlobal miqyasda əhəmiyyəti dəfələrlə artmaqdadır.

Yuxarıda sadalanan məqamlar işığında Rusiya-Azərbaycan münasibətlərinin region üçün əhəmiyyətini anlamaq çətin deyil. Vladimir Putin təcrübəli dövlət başçısı kimi bunları çox gözəl bilir və nəzərə alır. Təsadüfi deyil ki, erməni tərəfinin etirazlarına baxmayaraq, Moskva bütün sahələrdə Bakı ilə əlaqələri inkişaf etdirir. İqtisadi-ticari, energetik, nəqliyyat, müdafiə, humanitar və digər sahələrdə iki ölkə arasındakı əməkdaşlıq beynəlxalq hüquq normaları çərçivəsində uğurla yeni səviyyəyə yüksəlir.

Deyək ki, humanitar sahədə iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Elm, təhsil, mədəniyyət, dil kimi mühüm sahələrdə maraqlı layihələr həyata keçir. Onu deyək ki, hazırda 15 min azərbaycanlı Rusiya ali məktəblərində təhsil alır. İki ölkənin Elmlər Akademiyaları birgə layihələr həyata keçirirlər. Rus dilinin Azərbaycanda istifadəsi yüksək səviyyədədir.

Nəqliyyat sahəsində isə böyük layihə kimi Şimal-Cənub dəhlizinin yaradılması əhəmiyyətli hadisədir. Bu, böyük bir məkanda səmərəli iqtisadi-ticari əlaqələr qurmağa imkan verəcəkdir.

Əməkdaşlığın yeni səviyyəsi: Soçi görüşünün geosiyasi konteksti

İndi ekspertləri daha çox maraqlandıran müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etməsidir. Rusiya hərbi aspektdə Azərbaycanla geniş əməkdaşlıq layihələri həyata keçirir. Rəsmi məlumatlara görə, 3 milyard ABŞ dolları həcmində imzalanmış hərbi saziş 90% yerinə yetirilib. Rusiya son aylarda da Azərbaycana əvvəlcədən nəzərdə tutulan silah satışını həyata keçirib. Bunlardan başqa, iki ölkə Suriyada terrora qarşı mübarizədə əldə edilən təcrübəni bölüşürlər. Bu da mühüm məqamdır. Çünki erməni terroruna qarşı mübarizədə həmin təcrübədən istifadə etmək olar. Onu nəzərə almaq lazımdır ki, reallıqda İŞİD-lə erməni silahlı qrupları arasında elə bir fərq yoxdur. Görünür, Rusiya dolayı da olsa, bu həqiqəti qəbul edir.

Soçidə Vladimir Putinin İlham Əliyevi yüksək səviyyədə qarşılaması və qarşılıqlı maraq doğuran çox aktual məsələləri müzakirə etmək istədiyini bəyan etməsi yuxarıda vurğulanan məqamların işığında tamamilə təbii görünür. Rusiya dövlət başçısı deyib: “Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam” (bax: Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub / AZƏRTAC, 22 iyul 2017).

Buradan iki vacib nəticə çıxarmaq olar. Birincisi, Rusiya Azərbaycanla ikitərəfli və regional əməkdaşlıq məsələlərini qlobal geosiyasi kontekstdə müzakirə etməkdə maraqlıdır. Vladimir Putin bu aspektə böyük əhəmiyyət verir. İkincisi, regional miqyasda geosiyasi vəziyyət mürəkkəbləşib və onu Moskva məhz Bakı ilə müzakirə etməyə qərar verib. Çünki Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Bu iki aspektin vəhdəti fonunda Azərbaycan dövlət başçısının Soçidə ifadə etdiyi fikirlər son dərəcə maraqlıdır. İlham Əliyev bəyan edib: “Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var” (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən aydın görünür ki, rəsmi Bakı ikitərəfli münasibətləri regional və qlobal miqyasda təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə etməyə hazırdır. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zəruridir. Bu bağlılıqda ermənilərin körpə bir uşağı qətlə yetirməsi və Azərbaycan Ordusunun buna cavab olaraq bir neçə işğalçını məhv etməsi diqqətə alınmaqdadır.

Beləliklə, Vladimir Putin İlham Əliyevi Soçiyə çox mühüm məsələləri müzakirə etmək üçün dəvət edib. Bu görüş iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi əlaməti kimi qəbul edilə bilər. Çünki artıq Kreml regional və qlobal səviyyədə aktual olan təhlükəsizlik və əməkdaşlıq məsələlərini ilk növbədə Bakı ilə müzakirə edir.

Belə görünür ki, Ermənistan rəhbərliyi üçün çətin bir mərhələ başlayır. Azərbaycanın artan nüfuzu fonunda rəsmi İrəvanın böhtan və şantaj imkanları minimuma enir. Bu isə bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və regional əməkdaşlıq üçün əhəmiyyətli müsbət nəticələr əldə etmək şansının meydana gəldiyini göstərir. Şübhə yoxdur ki, Azərbaycan və Rusiya bu imkandan maksimum dərəcədə yararlanmağa çalışacaqlar.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb