DÜNYA
Somalidə “Al-Şabaab” silahlı qruplaşmasının 6 üzvü öldürülüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Somalinin cənubunda qiyamçı “Al-Şabaab” silahlı qruplaşmasının 6 üzvü öldürülüb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, həmin bölgədə Somali Milli Ordusu (SNA) ilə kəndləri ələ keçirmiş silahlılar arasında qızğın döyüşlər davam edir. Aşağı Jubba əyalətindəki Jamame kəndi yaxınlığında gedən döyüşlərdən sonra bir neçə kənd “Al-Şabaab” silahlılarından azad edilib. SNA-nın məlumatında görə, daha 9 qiyamçı yaralanıb. Somali ordusu silahlıları Kismao şəhərinin şimal hissəsindən də çıxara bilib.
Ötən ay Somalidə yerləşən Afrika İttifaqı Silahlı Qüvvələrinin dəstəklədiyi xüsusi təyinatlı qoşun hissələri ölkənin strateji şəhəri olan Odhegle yaşayış məntəqəsini də “Al-Şabaab” silahlılarından azad edib. Somali polisi qiyamçılarla əlaqədə və digər ağır cinayətlərdə şübhəli bilinən sabiq Təhlükəsizlik naziri Əbdirəşid Jananı da həbs edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]