SİYASƏT
Stella Kiriakides AŞPA-nın müvəqqəti prezidenti seçilib
Strasburq, 10 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində təşkilatın prezidenti vəzifəsinə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, Stella Kiriakides AŞPA-nın yeni prezidenti seçilib. Yeni seçilən prezident AŞPA-nın qış sessiyasına qədər bu vəzifəni icra edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq