DÜNYA
Suriyada bir türk hərbçisi şəhid olub, altısı yaralanıb
Ankara, 1 noyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatında iştirak edən hərbçilərdən biri şəhid olub, altısı yaralanıb.
AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə terrorçuların əvvəlcədən basdırdıqları partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Türkiyə Hərbi Hava Qüvvələri isə İraqın şimalında Kandil və Haftanin bölgələrində terror düşərgələrinə qarşı daha bir uğurlu əməliyyat keçiriblər. Dəqiq aviazərbələr nəticəsində üç nəfər PKK terrorçusu məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]