CƏMİYYƏT
TƏBİB: Uşağın ölüm səbəbini tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür
Bakı, 30 noyabr, AZƏRTAC
Uşağın ölüm səbəbini tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.
Bunu TƏBİB-dən AZƏRTAC-ın Bakının Qaradağ rayonunda orta məktəbin 4-cü sinif şagirdinin qızılca xəstəliyi səbəbindən dünyasını dəyişməsi ilə bağlı sorğusuna cavab olaraq bildiriblər.
Tibbi qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci kilometr ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub: “Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.