ELM VƏ TƏHSİL
TƏDQİQAT NÜVƏ REAKTORU VƏ STERİLİZƏ QURĞUSUNUN QURULMASI LAYİHƏSİ ÜZRƏ İŞ APARILACAQDIR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti, Polşa Nüvə Kimyası və Texnologiya İnstitutunun direktoru, professor Andcey Cmelevski aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda olmuşdur.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov bildirmişdir ki, ölkəmizdə tədqiqat nüvə reaktoru və sterilizə qurğusunun qurulması layihəsi üzrə iş aparılacaqdır.
A.Qəribov demişdir ki, layihə hazır olduqdan sonra, yəni aprelin 28-də Azərbaycandan 5 nəfərlik nümayəndə Vyanada - Beynəlxalq Atom Enerjisi Agentliyində həmin layihə üzrə işi davam etdirəcəkdir.