ELM VƏ TƏHSİL
Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün vebinar keçirəcək
Bakı, 14 dekabr, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar dekabrın 15-də ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə “Morfologiya” mövzusunda keçiriləcək. Spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək. Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq "Morfologiya" bölməsinə dair müxtəlif növ tapşırıqların təhlilini ibtidai sinif müəllimlərinin diqqətinə çatdırmaqdır.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:59]
Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya
- 06.05.2024 [15:53]
BMU məzunları ilə növbəti görüş təşkil olunub
- 06.05.2024 [14:54]
Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var
- 06.05.2024 [13:26]