Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TELEVİZİYA EKRANI QARŞISINDA ƏSRİN FACİƏSİ

Erməni silahlı quldurlarının və onların havadarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törətdikləri görünməmiş qırğından on il ötür. İctimaiyyətin marağını nəzərə alaraq Xocalı soyqırımının qara ildönümü münasibətilə fevralın 23-də Respublika televiziyası ilə efirə getmiş “Əsrin faciəsi” verilişinin mətnini oxuculara təqdim edirik. 

APARICI: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qırğın Azərbaycanın tarixinin ən faciəli, ən dəhşətli səhifəsi idi.

Tariximizə görünməmiş müsibət kimi daxil olan bu günün intiqamını almayana qədər nə babalarımızın ruhu, nə də gələcək nəsil bizi bağışlamayacaqdır. Çünki bu dəhşətli faciənin baş verməsində çoxlarımız günahkarıq. Ona görə günahkarıq ki, təkcə Xocalıda yox, Malıbəylidə, Meşəlidə, Qaradağlıda baş vermiş qanlı olaylar da olmaya bilərdi. Həm də nəinki bu qanlı olaylar, bütövlükdə Qarabağ problemi olmaya bilərdi. Əgər respublikanın o vaxtkı rəhbərləri Moskvaya kölə, qul xidməti göstərməsəydilər, 1988-ci ildə əliyalın xalq Xankəndiyə yürüş edəndə onun ayaqları altına yaylıq atılmasaydı, Ermənistandan qovulan soydaşlarımız Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə Vəzirovun tapşırığı ilə əngəl törətməsəydilər. Ən başlıcası, torpaqlarımızın verilməsi ilə siyasi divident qazanmağa çalışan iqtidar-müxalifət didişməsi olmasaydı nə bu gün Xocalı ağrılarını, nə də ki, Qarabağ itkisini yaşayardıq. Ona görə də baş vermiş bu qanlı olaylar hər zaman yad edilməli, erməni vəhşiliyi, erməni faşizmi lənətlənməli, erməni dəyirmanına su tökən milli dönüklərimiz isə nifrətlə damğalanmalıdır. Tarixin bu faciəli dərsləri hər zaman öyrənilməlidir.

1988-ci ilin fevralında Xankəndidə başlayan mitinqlər Azərbaycan xalqı tərəfindən nifrət və hiddətlə qarşılansa da, Moskvanın göstərişi ilə rəsmi Bakı bu olaylara başqa yozum verdi. Guya ermənilər torpaq yox, sosial problemlərin həllini istəyirlər. Lakin cidanı çuvalda gizlətmək mümkün olmadı. Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın ilk dəstələri Azərbaycana gəldilər. Ondan sonra məhz ermənilərin ssenarisi ilə Sumqayıtda məlum talanlar törədildi. Ardınca Ağdamda ilk insident baş verdi. Artıq rəsmi Moskva da, Bakı da bilirdi ki, ermənilərin istədiyi nədir. Amma bununla belə, məqsəd bilərəkdən gizlədilirdi. Bakıda isə erməni-Azərbaycan dostluğunun təbliğinə başlanıldı.

ARİF ƏLİYEV (Ağdərə rayon partiya komitəsinin sabiq ikinçi katibi): O vaxtkı respublika rəhbərləri qətiyyətsizlik, etinasızlıq, səriştəsizlik göstərirdilər. Hadisələrin inkişafına, ermənilərin bu hərəkata necə qoşulduğuna ya dərindən bələd deyildilər, ya da bələd olmaq istəmirdilər. Heç bir tədbir görmürdülər. Mən sizə kiçik bir fakt deyim: hələ1988-ci ildə, hadisələr başlayandan bir az sonra vilayət partiya komitəsinin birinci katibini dəyişməli oldular. Mərkəzi Komitənin birinci katibi Kamran Bağırovun razılığı ilə qatı millətçi, erməni hərəkatının başçısı, demək olar ki, mitinqləri, yürüşləri təşkil edən Henrix Poqosyanın namizədliyi irəli sürüldü.

İşə baxın ki, büro bu namizədliyi verəndən sonra plenum başlayana qədər Mixail Qorbaçov zəng vurub Henrix Andreyeviçi bu vəzifəyə namizədliyi göstərildiyi üçün təbrik etmişdi. Vilayətin rəhbərlərinin hər biri deyirdi ki, 1923-cü ildən bu vaxtadək nəinki baş katib, - yəni mən 1923-cü il deyəndə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasını nəzərdə tuturam, Mərkəzi Komitənin - sıravi katibi də, şöbə müdiri də Dağlıq Qarabağa zəng etməyibdir. Ancaq kuratorlar zəng ediblər. Görün, bu hadisə haralara gedib bağlanırdı. Ancaq bizimkilər bunu da başa düşmədilər, Qorbacovdan imdad, göstəriş, kömək gözlədilər. Bu cür hadisələr gələcəkdə Xocalı soyqırımına aparan yol idi. Ümumiyyətlə, Dağlıq Qarabağın itirilməsinə, azərbaycanlıların qırğınına aparan yol idi.

1989-cu ildə Mərkəzi Komitənin birinci katibi Vəzirovun razılığı ilə vilayətdə Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Erməni millətçilərindən də qatı millətçi olan, Azərbaycan xalqının düşməni Arkadi Volski bu komitənin sədri təyin olundu. Üç gün sonra yığıncaqların birində o, öz proqramını elan etdi: Dağlıq Qarabağ üçün SSRİ Dövlət Plan Komitəsində, SSRİ Maliyyə Nazirliyində 16-cı respublika kimi sətir araşdırmışam. Bunun qarşısında Azərbaycan rəhbərləri nə etdilər? Arkadi Volskini təntənəli surətdə SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərdilər, deputat seçdirdilər.

ŞAHMAR USUBOV (Xocalı rayon icra hakimiyyətinin başçısı): Hamının yadındadır ki, Xocalı hadisəsi başlanmamışdan əvvəl SSRİ Ali Soveti bir qərar çıxardı. Həmin qərarda göstərilirdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən çox zəifdir, geridə qalmışdır. Ona görə də o vaxt 400 milyon manata yaxın pul ayırdılar ki, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı təmin edilsin. Həmin vaxt mərkəzdə rəhbərlikdə əyləşən şəxslərin göstərişləri yerlərdə bizimkilər tərəfindən də qəbul olunurdu. Alınmış həmin pullardan ermənilər sosial-iqtisadi inkişaf adı altında özlərinin silahlanması, silahlı dəstələrin yerləşdirilməsi, gələcəkdə torpaqlarımızın işğalı üçün bünövrə yaradılması ilə məşğul idilər. Bizim rəhbərlik isə Xocalı ərazisində ancaq fabriklər, yaşayış binalarının tikintisi sahəsində iş aparırdılar. Ərazilərimizin gələcəkdə işğalının qarşısını almaq üçün, demək olar ki, heç bir iş görmədilər. Düşünmədilər ki, müharibə vəziyyəti yarana bilər.

1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulması prosesi başlandığı vaxtdan Dağlıq Qarabağdan da azərbaycanlılar köçməyə başladılar. O vaxt evlərin, kəndlərin dəyişdirilməsi prosesi başlanmışdı. Lakin bizim Mərkəzi Komitənin rəhbərliyində olanlar buna yol vermədilər. Xocalıya da 130 ailə köçərək yerləşmişdi. Bu ailələri yuxarıların göstərişi ilə oradan məcburən çıxardılar, respublikanın başqa yerlərinə apardılar, Xocalıda məskunlaşmasına imkan vermədilər. O vaxt Ermənistandan təkcə Xocalıya yox, Malıbəyli, Quşçular kəndlərinə, eləcə də Şuşaya və başqa yerlərə köçüb gələnlər vardı. Mərkəzi Komitənin katibi Telman Orucov gəlib Şuşada əyləşdi, Ermənistandan köçüb gələn azərbaycanlılar arasında təbliğat aparmağa başladılar ki, sizə ev də, yer də, həyətyanı sahə də verəcəyik, hər şeylə təmin edəcəyik. Həmin əhalini məcburi qaydada oradan köçürdülər. Bu da ermənilərin siyasətinin həyata keçməsinə kömək etmək demək idi. Bizim bacarıqsız, öz vəzifəsinin öhdəsindən gələ bilməyən, siyasətdən baş çıxarmayan rəhbərlərimiz buna kömək edir, ermənilər isə müharibəyə hazırlıq işini aparırdılar.

Dediyim kimi, o vaxt Xocalıda evlər tikilirdi. Ermənilər isə müharibəyə hazırlaşırdılar. Həmin vaxt Azərbaycanda yerlərdə hərbi hazırlıqla əlaqədar, demək olar ki, dövlət səviyyəsində heç bir iş görülmürdü. Əhalinin silahlandırılması, müharibəyə hazırlıq məsələləri tam yaddan çıxmışdı. Üstəlik, camaatda olan ov tüfənglərini də yığışdırırdılar.

1988-ci ildə Ermənistandan azərbaycanlılar çıxarıldıqdan sonra ikinci proses başlandı. Dağlıq Qarabağda Xankəndi şəhərindən, əhalisi qarışıq olan kəndlərdən azərbaycanlıların qovulması prosesi həyata keçirildi. Bu proses 1989-1990-cı illərdə davam etdirildi və 1991-ci ildə yekunlaşdı. Harada ki, azərbaycanlılar yığcam şəkildə yaşamırdılar, onları o yerlərdən təmizlədilər. Bu təmizləmə prosesində həmin vaxt hakimiyyətdə olan Ayaz Mütəllibov, onun göstərişlərini yerlərdə həyata keçirənlər, hakimiyyətə gəlmək istəyən Xalq Cəbhəsinin rəhbərləri əlbir işləyirdilər. Onlar erməni siyasətinin həyata keçirilməsinə bir növ kömək edir, şərait yaradırdılar. Bilirsiniz ki, 1990-cı ildə Xankəndidə ermənilər azərbaycanlıların evlərini yandırdılar, onları oradan qovdular. Vaxtilə Xankəndi şəhərində 16 min azərbaycanlı yaşayırdı, şəhərin əhalisinin təxminən 30 faizdən çoxu onlar idi. 16 min azərbaycanlı Xankəndidən qovuldu. Bizim respublikanın rəhbərliyi isə həmin qovulmuş əhalinin yerləşdirilməsi ilə məşğul idi. Yəni öz torpaqlarından qovulmuş azərbaycanlıların yerləşdirilməsinə çalışırdı.

APARICI: Ermənilərin öz çirkin niyyətlərini həyata keçirmək üçün seçdikləri ilk hədəf Xocalı şəhəri oldu. 1988-ci il sentyabrın 18-dən 10 mindən artıq erməni Xankəndidən Xocalıya yürüş etdi. Xocalı sakinləri bunun qarşısını mərdliklə aldılar. Ermənilər geri oturduldu. Lakin Moskvanın və Bakının qanun keşikçiləri yenə xalqımızın qeyrətli oğullarını günahkar bildilər.

MURAD ŞÜKÜROV (Xocalı rayon təhsil şöbəsinin müdiri): Yadımdadır ki, 1988-ci ilin sentyabrında Xocalı şəhərində ilk silahlı toqquşma oldu. On minlərlə erməni Xocalıya hücum etdi. Xocalı sakinləri bunun qarşısını almaqla, demək olar ki, Dağlıq Qarabağ ərazisində azərbaycanlıların ilk qəhrəmanlıq səhifəsini yazdılar. Onun əvəzində yenə Azərbaycan rəhbərliyinin, - həmin vaxt Vəzirov Azərbaycanda birinci katib işləyirdi, - qətiyyətsizliyi, laqeydliyi nəticəsində Xocalı sakinlərindən 8 nəfəri, öz torpağını müdafiə edən insanlar həbs olundular. Onlardan iki nəfəri iki il istintaqsız, mühakiməsiz Azərbaycanın və Rusiyanın həbsxanalarında saxlanıldı. Bu qətiyyətsizliklər davam edə-edə Xocalı faciəsinə doğru aparırdı. Bəlkə də on dəfələrlə Azərbaycan hökuməti Dağlıq Qarabağı ermənilərdən təmizləmək imkanına malik idi. Çox təəssüf ki, bu imkanların heç birindən istifadə olunmadı.

Ayıdındır ki, o vaxt yaşadığımız ölkə böyük Sovet ittifaqı idi. O zaman mərkəzin nümayəndələrindən, o cümlədən Polyaniçkodan istifadə edib, Dağlıq Qarabağı ermənilərdən təmizləmək mümkün idi. Mən bildiyimə görə, 1991-ci ildə Dağlıq Qarabağda ermənilərin yaşadıqları təxminən 21 kənd onlardan təmizlənmişdi.

Çox normal şəkildə, pasport rejimi yoxlanılaraq, Ermənistandan gəlmiş hərbçilər kəndlərdən çıxarılan kimi, oradakı ermənilər özləri çıxıb gedirdilər. Bunu davam etdirmək də mümkün idi. Artıq Dağlıq Qarabağa Ermənistandan gəlmiş azərbaycanlıların köçürülməsi mümkün idi. Hər şey hazırlanmışdı. Məhz bu ərəfədə Xalq Cəbhəsi ilə Ayaz Mütəllibovun arasında münaqişə başlanmışdı. Elə bir vəziyyət yarandı ki, Azərbaycanda adi riyaziyyat müəllimi ölkənin müdafiə naziri oldu. Hərb elmindən, xarici və daxili siyasətdən başı çıxmayan adamlar Azərbaycana rəhbərlik etməyə başlamışdılar.

SADİR MƏMMƏDOV (keçmiş Dağlıq Qarabağ daxili işlər idarəsi rəisinin müavini): Ayrı-ayrı siyasi partiyalar çalışırdılar ki, hakimiyyətə gəlsinlər. Hakimiyyət uğrunda mübarizə gedirdi. Ölkənin rəhbərliyi isə qətiyyətsizlik göstərirdi. Dağlıq Qarabağda hansı hadisə baş verirdisə, biz bunun haqqında əvvəlcədən teleqram, telefon vasitəsilə, yazılı surətdə yuxarıya - Bakıya, yəni mərkəzə məlumat verirdik, bu sənədlər də var. Qəti qərar qəbul edən yox idi. Hakimiyyət uğrunda mübarizə gedirdi. Xalqı səfərbər etmək, ermənilərə qarşı mübarizə aparmağa yönəltmək sahəsində iş aparılmırdı. Moskva isə - öz siyasətini yeridirdi. Bu hadisələrin başlanğıcı öz nəticəsini Tuğ kəndinin işğalında göstərdi. Azərbaycanlılar oradan qovuldu. Xocavənddən azərbaycanlılar çıxarıldı. Sonra vertolyot qəzası baş verdi. Nəhayət, Xocalı kimi strateji əhəmiyyətli ərazi itirildi. Əgər o vaxt respublika rəhbərliyi qəti qərar qəbul edib orada öz mövqeyini möhkəmlətsəydi, yaxınlıqda yerləşən Əskəran rayonunu da ələ keçirib Xocalını möhkəmləndirsəydi, mən sizi inandırıram ki, xalqımızın başına sonrakı müsibətlər gəlməzdi. O vaxt biz polis işçisi kimi nə etdik? Məsələn, 1990-cı ilin mayına qədər Xocalı hava limanına bir gündə Yerevandan 32 dəfə Yak-40 təyyarəsi enirdi. Nazirlər Soveti ilə danışıldı, Təşkilat Komitəsinə tələbnamələr göndərdik, təkid etdik, Azərbaycan kəndlərində polis bölmələri yaradıldı. O cümlədən, Xocalı şəhər polis bölməsi yaradıldı. Xocalı hava limanına, rəhmətlik Əlif Hacıyev rəis təyin edildi, ermənilər vaxtilə onu da ləkələmişdilər. Xocalıda polis bölməsi yaradıldıqdan sonra Yerevandan gələn təyyarə reyslərinin sayını azaldaraq, gündə bir reysə, nəhayət, həftədə iki reysə qədər endirə bildik.

O vaxt Ermənistandan silahlı dəstələr gəlirdi. Bizə silah vermirdilər. Bizdəki yalnız “Makarov” markalı tabel silahları idi. Ermənilər milli ordu yaratdıqları bir dövrdə bizimkilər Xocalıda məktəb tikirdilər. Axullu, Qaradağlı, Xocalı, Sırxavənd, Umudlu və Kərkicahanda tikinti ilə məşğul idilər. Ancaq ermənilər bu müddətdə silahlanmaqla, milli ordu yaratmaqla məşğul idilər. Əlbəttə, respublika rəbərliyi lazımi işləri görməli idi. Mən yenə də deyirəm, tam qətiyyətsizlik, siyasi mübarizə, hakimiyyətə gəlmək cəhdləri, “biz sonradan o torpaqları qaytararıq” düşüncəsi böyük səhvlərə səbəb oldu. Məsələn, Ağdamın özündə neçə cəbhə, qrup var idi? Onların heç birinin fikri digəri ilə düz gəlmirdi. Eyni zamanda Dağlıq Qarabağın ərazisində...

1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti bir qurum kimi ləğv olundu. Sonra bir idarə - Daxili İşlər İdarəsi yaradıldı. Respublikanın 24 rayonunu həmin Daxili İşlər İdarəsinin tabeliyinə verdilər. Orada nə qədər qüvvə vardı! İşlər düzgün təşkil olunsaydı, hərbiləşdirmə aparılsaydı başımıza bu bəlalar gəlməzdi.

 

Bir səhvə də yol verildi. Artıq sovet qoşunları Dağlıq Qarabağı tərk etməli idi. Onların əllərində olan çoxlu döyüş sursatının, ağır hərbi texnikanın, artilleriyanın, döyüş maşınlarının, avtomat silahların, avtomobillərin hamısı Dağlıq Qarabağın ərazisində qaldı. Yalnız Xalq Cəbhəsinin təkidi ilə həmin texnikanı oraya verdilər. Halbuki, o vaxt bizim özümüzün elə bir silahımız yox idi.

APARICI: 1988-ci ildə müharibəyə açıq şəkildə hazırlaşan ermənilər öz niyyətlərini gizlətsələr də, rəsmi Bakı xalqı sülhə çağırmağa davam edir, Dağlıq Qarabağa humanitar yardımı gücləndirirdi. Erməniləri hər vəchlə razı salmağa çalışır, onların nazı ilə oynayırdılar. Hətta ermənilərə xoş olsun deyə, Vəzirovun göstərişi ilə Qarabağ əhalisindən ən adi ov silahları yığılır, Ermənistandan qovulmuş soydaşlarımızın Qarabağda yerləşdirilməsinin qarşısı alınırdı.

1992-ci ilədək Xocalıda tabel silahından əlavə, cəmi 2-3 avtomat silah olmuşdur. Hətta 1991-ci ilin sonunda Xocalı sakinlərinin əldə etdikləri sovet qoşunlarına məxsus külli miqdarda hərbi sursat rəsmi Bakının və general Dadaş Rzayevin göstərişi ilə geri alınaraq, Xankəndiyə yola salınmışdı.

GÖYÜŞ HƏSƏNOV (Xocalı sakini): Mən o vaxt, Xocalının işğalı ərəfəsində şəhər icraiyyə komitəsi sədrinin müavini işləyirdim. O zaman, demək olar, Xocalı tam mühasirədə olanda hamımız çalışırdıq ki, əlimizdən gələni edək. Avtomat silahlarımız yox idi. Belə bir vaxtda Xankəndi istiqamətində hərəkət edən rus ordusuna məxsus ağır texnikanı, döyüş maşınlarını saxlamaq qərarına gəldik. Tofiq Hüseynov Xocalı aeroportundakı posta məlumat verdi, o texnikanın qarşısını kəsdi. Biz ruslarla əlaqəyə girdik ki, həmin texnikanı alaq və Xocalını müdafiə edək. Onlar bizimlə razılaşmadılar. Mən Azərbaycan dilində Tofiq Hüseynova göstəriş verdim ki, gəlin bunları tərksilah edək. Bunu deyən kimi Xocalının özünümüdafiə batalyonunun üzvləri tez onların avtomatlarına əl atdılar, həmin silahları aldıq və Adil Quliyevin dəstəsinin üzvləri döyüş maşınlarının üzərinə çıxaraq əllərindəki qumbaralarla hədələyərək hərbçilərə dedilər ki, siz bu texnikanı verməsəniz, biz onları partladacağıq. Onlar məcburiyyət qarşısında qalıb döyüş maşınlarını da bizə verdilər. 15 avtomat silahla birlikdə 3 döyüş maşınını onlardan aldıq. Dadaş Rzayev də o zaman həmin sahə üzrə komandan idi. Onun göstərişi ilə batalyon komandiri Tofiq Hüseynov bu texnikanı buraxdırdı.

ELMAN MƏMMƏDOV (Xocalı icra hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı): O dövrdə Azərbaycana Kamran Bağırov rəhbərlik edirdi, Mərkəzi Komitənin birinci katibi idi. Mitinqlər gedən vaxt Kamran Bağırov Mərkəzi Komitənin bir neçə işçisi ilə Xankəndiyə gəldi. Orada onu rüsvay etdilər, ünvanına təhqiramiz sözlər dedilər və o, qayıdıb getdi. Sonra hakimiyyət dəyişdi, Əbdürrəhman Vəzirov hakimiyyətə gəldi. Artıq 1988-ci il may ayının axırlarında - iyun ayının əvvəllərində Ermənistandan ilk qaçqınlar gəlməyə başladı. O vaxt biz Xocalıda Ermənistandan qovulmuş 130 azərbaycanlı ailəsini qəbul etdik. 500-dən çox ailə Şuşaya və ətraf kəndlərə gəlmişdi. Buna Azərbaycan rəhbərliyinin münasibəti necə oldu? Başda Əbdürrəhman Vəzirov olmaqla, Azərbaycan rəhbərliyi ermənilərin təkidi ilə tələb etdi ki, Ermənistandan Dağlıq Qarabağa gəlmiş azərbaycanlılar oradan çıxmalıdır. Bir nəfər də olsun orada qalmamalıdır. Əlbəttə, biz bunun əleyhinə çıxdıq və buna imkan vermirdik.

Nəhayət, belə bir hadisə oldu: 1988-ci il sentyabrın 18-də ermənilər 10-12 min nəfərlik dəstə ilə Xankəndidən Xocalıya hücum etdilər. Biz onların qarşısını aldıq. Düzdür, ölüm-itim oldu. Onda mən, Rafiq Mürsəlov, Murad Şükürov - üçümüz Bakıya, Əbdürrəhman Vəzirovun qəbuluna gəldik. Bir tələbimiz vardı - Ermənistandakı yurd-yuvasından qovulmuş azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilməlidir! Ancaq bunun əleyhinə çıxan Əbdürrəhman Vəzirov bizi cinayətkar adlandıraraq təhqir etdi. Mənə dedi ki, sən qan tökmüsən, erməniləri öldürmüsən. Orada Ermənistandan gəlmiş bir nəfər də azərbaycanlı qalmayacaq. Mən söz vermişəm ki, onların hamısını oradan çıxaracağıq.

O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 11 oktyabr tarixli məlum bir qərarı oldu. Dağlıq Qarabağın və Xocalının iqtisadiyyatının inkişafı haqqında qərar verdilər. Biz gəlmişdik deyək ki, Ermənistandan qovulan azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilsin, bəlkə onda ermənilər öz haqsız tələblərini dayandırarlar. Ancaq bunlar Dağlıq Qarabağda tikinti işləri aparmağa, sənaye və kənd təsərrüfatı obyektləri, yaşayış evləri inşa etməyə başladılar. Azərbaycan Xalq Cəbhəsinin liderləri o vaxt respublikada həlledici qüvvəyə malik idilər. Onlara vəzifə, kabinetlər, silah, xidməti maşınlar, böyük səlahiyyətlər verilmişdi. Ayaz Mütəllibov güc nazirliklərini özünün əleyhdarlarına vermişdi. Özü isə səriştəsiz, cəsarətsiz, qabiliyyətsiz, qətiyyətsiz bir rəhbər kimi ortada qalmışdı. Xocalı faciəsinə qədər olan dövrdə Azərbaycanda belə bir vəziyyət hökm sürürdü. Yəni Dağlıq Qarabağda, həm ermənilər, həm də azərbaycanlılar tərəfdə tikinti işləri gedirdi. Ermənilərin yaşadıqları ərazilərdə tikinti işlərini Ermənistan, azərbaycanlıların yaşadıqları ərazilərdə isə Azərbaycan aparırdı. Fikir verin, bu iş heç bir məntiqə, siyasətə, idarəetməyə sığan hərəkət deyildi. Müharibəni, münaqişəni uduzmağımızın növbəti pilləsinin biri də bu idi. Ayaz Mütəllibov hakimiyyətdən gedənə qədər zəif rəhbər kimi tanındı, tarixdə də belə qaldı.

A P A R I C I : Xocalı erməniləri ona görə çox narahat edirdi ki, bu şəhər Şuşa ilə Ağdamı birləşdirən və Xankəndi ətrafında ən iri yaşayış məntəqəsi idi. Öna görə də mütəmadi olaraq Xocalıya hücumlar edilir, xalqın gözü qorxudulurdu. Bunun müqabilində isə rəsmi Bakı Xocalıda müdafiə yox, tikinti işlərini gücləndirirdi.

V A H İ D Ə L İ Y E V (Xocalı sakini): Azərbaycanın o vaxtkı hakimiyyəti, istər Kamran Bagırov, istər Əbdürəhman Bəzirov, onlardan sonrakı Ayaz Mütəllibov müəyyən mənada problemi Moskvanın üzərinə atmaqla özlərini kənarda qoyurdular. Onlar Moskvanın diktəsi ilə oturub-durmaqla öz kreslolarını qorumağa çalışırdılar. Onların bu hərəkətləri son nəticədə Azərbaycan torpaqlarının işğalına şərait yaratdı, özlərinin isə hakimiyyətdən getməsinə səbəb oldu.

Ağrılı cəhət budur ki, hakimiyyətdə olan həmin adamların yarıtmaz siyasəti nəticəsində Azərbaycanın həm torpaqları getdi, ikinci tərəfdən də, ölkəmizin Dağlıq Qarabağda, ətraf rayonlarda, habelə Ermənistan ərazisində yaşayan yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin salındı, torpaqlarını tərk etmək istəməyən adamlar faciələrlə üzləşdi, qırğınlara məruz qaldılar.

Xocalı Dağlıq Qarabağın, səhv etmirəmsə, işğal olunan 14-cü, yaxud 15-ci yaşayış məntəqəsi idi. Azərbaycanda 1991-ci ilin sonuna qədərki hakimiyyətin məsələyə münasibətini müəyyən mənada başa düşmək mümkündür. Çünki o dövrdə hələ SSRİ mövcud idi, vahid idarəetmə vardı. Ən acınacaqlı cəhət o idi ki, SSRİ-nin süqutundan sonra da torpaqlarımızın müdafiəsi istiqamətində lazımı səviyyədə tədbirlər görülmədi.

Bir faktı xatırlatmaq istəyirəm: 1991-ci il otyabr ayının 9-da Azərbaycanda artıq müdafiə nazirliyi yaradılmışdı. Qəribədir ki, torpaqlarımızın işğalı da həmin vaxtdan sonra sürətləndi. Düzdür, 1991-ci ilin avqust ayında Tuğ kəndi ermənilər tərəfindən işğal olunmuşdu. Bir az sonra İmarətqərərvənd işğal edilmişdi. Azərbaycan özünü müstəqil dövlət elan etmişdi, müdafiə nazirliyi yaranmışdı,amma torpaqlarımızın müdafiə edilməsi istiqamətində heç bir tədbir görülmürdü.

Əvəzində Azərbaycanda mülki şəxslərdən, o dövrdə müxalifətdə dayanan qüvvələrdən ibarət müdafiə şuraları yaradılırdı. O vaxtkı rəhbərlik buna, bəlkə də, özü şərait yaradırdı ki, məsuliyyəti üzərindən atsın. Guya ki, torpağın müdafiəsi ilə Etibar Məmmədov, Rəhim Qazıyev kimi adamlar məşğul olacaqlar. Sonradan məlum oldu ki, Rəhim Qazıyev kimilərinin fəaliyyəti də Moskvanın siyasəti ilə əlaqələndirilirdi. Sadəcə olaraq, belələri Moskva tərəfindən demokratik qüvvələrin içərisinə atılmış adamlar idi.

R A F İ Q M Ü R S Ə L O V (Xocalı sakini): Bu faciənin törədilməsində, Qarabağın işğalında, torpaqlarımızın 20 faizinin itirilməsində o vaxtki rəhbərliyin böyük günahı vardır. 1988 -ci ildə bu hadisələr başlananda, Qarabağın Ermənistana birləşdirilməsi barədə tələblər irəli sürüləndə bunların qarşısı alınmalı idi, lakin belə olmadı. Ayaz Mütəllibovun rəhbərliyi dövründə bir neçə kəndimiz ermənilər tərəfindən işğal olunmuşdu. Bizim Meşəli birinci işğal olunan kəndlərdən idi. Halbuki Ayaz Mütəllibov o vaxt kəndə getmiş, camaatla görüşmüş, ancaq heç bir tədbir görmədi.

Həmin kənd 25 nəfərə qədər şəhid verdi. Ancaq yenə tədbir görmədi. Ondan sonra o biri kəndlər işğal olundu. Kəndlərimiz işğal olunduqca, elə bil, Ayaz Mütəllibovun üstünə sərin su səpirdilər. Hər kənd getdikcə, birinə general rütbəsi verirdilər. Cəmilli kəndi alınan günün səhəri Dadaşova ğeneral rütbəsi verdilər.

Malıbəylı, Quşçular kəndləri Xocalının lap yaxınlığındadır - arası iki kilometrdən artıq olmaz. Xankəndi ilə də arası təxminən o qədərdir. Bu kəndlər faciə ərəfəsinədək mühasirədə qalıblar. Malıbəyli kəndinin camaatı fevralın 11-də çıxdı. Mən özüm Malıbəylidənəm. 1985-ci ildən Xocalıda işləyirdim. Camaatımızla 15 dəfə Ayaz Mütəllibovun qəbulunda oldum. Ömrüm boyu yadımdan çıxmaz, camaatımız da bilirdi ki, Xocalını faciə gözləyir. Mən qəbulda dedim ki, Ayaz Niyazoviç, Malıbəylidən sonra ermənilər Xocalı camaatını qıracaqlar. Xocalının müdafiəsi yoxdur, səni aldadırlar. Etibar Məmmədov, Rəhim Qazıyev də oturmuşdular. Dedim onlar səni aldadırlar. Xocalının heç bir müdafiəsi yoxdur, sənin başının altına yastıq qoyurlar. Sən camaatın qayğısına qal, Xocalıda ermənilər müsibət törədəcəklər. Amma o, başinı yırğalamaqla bildirirdi ki, aydındır, başa düşürəm. Nə isə, sözümüzü deyib çıxdıq, ondan 10-15 gün sonra Xocalı faciəsi törədildi.

A P A R I C I : Hadisələrin inkişafı göstərirdi ki, Xocalının süqutu yaxınlaşır. Lakin bu süqut xalqdan savayı heç kimi narahat etmirdi. Çünki Xocalının süqutu həm də müxalifətə sərf edirdi. Mütəllibov Xocalının süqutu ilə göstərmək istəyirdi ki, ondan vəzifə qoparan Rəhim Qazıyevlər, Fəhmin Hacıyevlər və növbədə duran daha neçə-neçə meydan qəhrəmanı danışmaqdan başqa heç nə bacarmırlar. O vaxtki müxalifət liderləri isə Xocalının verilməsi ilə Mütəllibovu hakimiyyətdən devirmək istəyirdilər. Son nəticədə onların istəyi baş tutdu. 1992-ci ilin fevralında tariximizə iqtidar-müxalifət didişməsi hesabına görünməmiş bir faciə yazıldı.

F A M İ L Ə N O V R U Z O V A \keçmiş döyüşcü\: 1991-ci ildə Bərdə rayonundan könüllü olaraq Xoçalıya müəllim işləməyə getmişdim. Xocalı yaşıllıqlar qoynunda gözəl bir şəhər idi. Hər gün, hər gecə Xocalı raket atəşinə tutulurdu. “Alazan” tipli raketlər hər gün Xocalının başına yağdırılırdı. Mənim ürəyim dözmədi. Müəllimliyi müvəqqəti dayandırıb Tofiq Hüseynovun komandir olduğu özünümüdafiə taburunda könüllü xidmətə başladım.

Xocalı faciəsindən əvvəl, yanvar ayının 25-də tabura ərzaq və sursat apararkən gecə Xocalı aeroportunda ağır kantuziya aldım, səhərə qədər qarın üstündə qalmışam, burnumdan və qulağımdan qan axırdı. Yanvarın 28-də komandir məni vertolyotla Ağdama göndərdi. Valeh Abbasov, Nazim Abışov, Rəhman İsmayılov mənimlə bərabər Ağdama gəldilər. Məni maşınla Bərdə xəstəxanasına yola salıb, özləri isə Bakıya sursat dalınca getdilər. Bu, Xocalı ilə mənim sonuncu görüşüm oldu.

Xocalı faciəsindən sonra mən xidmətimi Ağdamda, Eldar Bağırov adına taburda davam etdirdim. Mən orada Xocalıdan gətirilən şəhidlərin cənazələri qarşısında and içdim ki, bacardığım qədər kişilərlə çiyin-çiyinə səngərdə olacağam. Allahverdi Bağırovun vasitəçiliyi ilə dəyişdirilən əsirləri görəndə, inanın ki, dəhşətə gəlirdim. Onlar elə vəziyyətə salınmışdılar ki, baxmaq mümkün deyildi. Ayaqlarının altındakı qalın dəri də sallanırdı. Qız-gəlinlər nə vəziyyətdə idilər. Əsə-əsə deyirdilər ki, bizdən heç nə soruşmayın. Mənim keçmiş komandirim Tofiq Hüseynov özü də orada şəhid oldu. Onun cəsədini martın 19-da çox çətinliklə aldıq. Həmin vaxtdan on il keçməsinə baxmayaraq, komandirim Tofiq Hüseynovun gözəl xanımı Məxmər xanım hələ də gəlib çıxmayıbdır. Onun atası, qardaşı Bakir, baçısı Qətibə hələ də əsirlikdədirlər. Onların taleyi barədə heç bir məlumat yoxdur. Təkcə bunlar deyil, Xocalıdan olan əsirlərin yolunu bu gün də gözləyirlər.

X O C A L I S A K İ N İ : 24 kənd yandırılmışdır. Xocalı əldən gedəndən sonra namus getdi. Biz gəlin köçürürdük, üçgünlük edirdik. Xocalı gedəndən, qızlarımız əsir alınandan sonra ermənilər bizə xəbər göndərirdilər ki, niyə qızlarınızın üçgünlüyünə gəlmirsiniz. Tamerlan Qarayevin yaxasından tutdum, mənə bir kəlmə də deyə bilmədi. Dedim ki, bizə üç gün möhlət veriblər. Nə hə dedi, nə də yox. Mən sənə dedim ki, qızlarımız erməni əlində qalacaq. Gör neçəsini apardılar. Ayaz Mütəllibova de ki, evin dağılsın, namusun yerə batsın.

A P A R I C I: On illik zaman fasiləsi imkan verir ki, baş vermiş hadisələri obyektiv təhlil edək. Aparılan bütün təhlillər isə bu sonluqla bitir ki, Xocalı soyqırımını ermənilər törətsə də, bu dəhşətli faciədə siyasi divident qazanmaq istəyən o vaxtkı bədnam iqtidar və müxalifət rəhbərləri də bilavasitə məsuliyyət daşıyırlar.

E L M A N M Ə M M Ə D O V: Xocalı Azərbaycanda gedən siyasi oyunların qurbanı oldu. Hakimiyyətə gəlmək istəyənlərlə hakimiyyəti əldə saxlamaq istəyənlərin arasındakı mübarizənin, çəkişmənin qurbanı oldu. Hazırda müxalifətdə olar qüvvələr o dövrdə də müxalifətdə idilər. İndi onlar təzədən hakimiyyət uğrunda mübarizə aparır, deyirlər ki, biz hakimiyyətə gəlsək belə edərik, elə edərik və s. O dövrdə siz hakimiyyətə gəlmək üçün Ayaz Mütəllibovun fərsizliyi üzündən onun başına min bir oyun açdınız. Xalqın başını kəsdiniz, çöllərə saldınız, bir milyon adam didərgin düşdü, torpaqlarımız işğal olundu. Bu qanların üstündə sonra da hakimiyyətə gəldiniz. 11 ay müddətində xalq sizin hakimiyyəti idarə etmək səriştənizi də gördü, qabiliyyətinizi də, səviyyənizi də. İndi bu iqtidardan nə istəyirsiniz?

Yaxud, Ayaz Mütəllibov, hakimiyyəti idarə etməkdə belə ustaydınızsa, hakimiyyət sizə verilmişdi, niyə qoruyub saxlaya bilmədiniz, niyə torpağımızı müdafiə edə bilmədiniz, xalqı qandan-qadadan qoruya bilmədiniz?

M U R A D Ş Ü K Ü R O V: Bu gün o adamlar biri digərinin hüquqlarını müdafiə etdiyi halda, niyə soyqırımına məruz qalmış yüzlərlə Xocalı ailəsinin hansı vəziyyətdə yaşadığını beynəlxalq aləmə çıxarmırlar? Amma Əlikramın, Rəhimin hüquqlarını müdafiə edə bilirlər. Mən Xocalıdan çıxanda, beş gün dağlarda olmuşam, təxminən 300 nəfərdən 30 nəfəri sağ qaldı. Bu gün həmin insanların, şəhid olanların ailə üzvlərinin hansı birinin hüquqlarını müdafiə ediblər ki, indi Xocalıya kömək etməyən Rəhimin hüququnu müdafiə edirlər? Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəsi təşkilatları bir nəfər də olsun xocalılının hüquqlarını müdafiə etməyə cəhd göstərməyibdir.

Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov bu gün öz vətəndaşlıq, prezidentlik hüquqlarının təmin olunması üçün Avropa Şurasına müraciət edir. Onun arxasında duranlar var.

Ş A H M A R U S U B O V: Xocalı faciəsinə şəraiti əsasən bizim respublikanın rəhbərliyi yaratmışdır. Həmin dövrdə Ayaz Mütəllibovun sərəncamı ilə Rəhim Qazıyev gəlib Şuşada əyləşmişdi. Fəhmin Hacıyev də Ağdamda rəhbərlik edirdi. Sov.İKP MK-dan bu hadisələrə rəhbərlik edən adam Bakıda oturmuşdu. Yerlərdə isə Xalq Cəbhəsinin nümayəndələri rəhbərik edirdilər. Həmin vaxtlar müxalifətlə iqtidarın nümayəndələri bir-biri ilə düz gəlmirdi. Onların arasında tez-tez münaqişələr baş verirdi. Vəzifə üstündə mübarizə gedirdi, bu da azərbaycalıların qanını içməyə həmişə hazır olan ermənilərə şərait yaradırdı. O vaxt Dağlıq Qarabağda ermənilərin yaxşı silahlanmış dəstələri, Rusiyanın alayı vardı. Alayın tərkibinin çoxunu ermənilər təşkil edirdi. Ermənilər müharibəyə bu cür hazırlaşdığı vaxtda azərbaycanlılar adi quş tüfəngi ilə belə təmin olunmurdular. Ərazilərimizin müdafiəsi üçün heç bir hazırlıq tədbirləri görülmürdü.

Ermənistanın indiki prezidenti Robert Koçaryan, müdafiə naziri Serj Sərkisyan həmin vaxt Dağlıq Qarabağda döyüşlərə rəhbərlik edirdilər. Onlar müharibəyə hazırlaşanda bizim rəhbərlik camaatı sakitləşdirməklə məşğul olurdu. İndi Fəhmin həbs olunub, Ayaz Mütəllibov Azərbaycandan çıxıb gedibdir.

Biz xocalılılar heç vaxt razı olmarıq ki, Azərbaycanın ərazü bütövlüyünü təmin etməyən, Şuşanın, Xocalının işğalına şərait yaratmış, minlərlə insanın qanına bais olmuş keçmiş müdafiə naziri Rəhim Qazıyev kimi bir şəxs siyasi dustaq adlandırılsın.

Yaxud Mütəllibov, o, prezident seçiləndə and içmişdi ki, respublikamızın ərazi bütövlüyünü, insanların hüquqlarını qoruyacaqdır. Əgər o, öz andını yerinə yetirməyibsə, bu gün prezident hüquqlarının bərpasını tələb etməyə haqqı yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib VİDEO

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub VİDEO

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb