Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tenerife Kanar adalarına, “Chenot” isə Qəbələyə dəvət edir

Bakı, 22 aprel, AZƏRTAC

Baharın gəlişi ilə Azərbaycanda turizm bazarı qeyri-adi dərəcədə canlanıb. Aprelin 21-də Bakıda növbəti, bir ay ərzində artıq üçüncü, səyyar turizmi üzrə beynəlxalq forum keçirilib. “Baku Travel Bazaar Wellness & Leisure” adlı tədbir bu dəfə sağlamlıq və SPA turizminin müxtəlif növlərinə həsr edilib. Təşkilatçılar - Ukraynanın “Chance Travel Consulting” və Azərbaycanın “R&S Group” şirkətləri 29 dəbdəbəli otelin nümayəndələrini, turistləri qəbul edən operatorları, termal kurortların, tibbi klinikaların, SPA komplekslərinin, aviaşirkətlərin və dünyanın hər yerindən turizm ofislərinin nümayəndələrini Azərbaycan və Gürcüstanın turizm agentliklərinin əməkdaşları ilə görüşmək üçün bir yerə toplayıb.

B2B formatında keçən tədbirlərə uyğun olaraq iştirakçıların buraya gələnlərlə ünsiyyəti üz-üzə olub və təxminən bütün iş gününü əhatə edib. “R&S Group” şirkətinin meneceri Aysel Mayılovanın sözlərinə görə, tədbirin əsas məqsədi dünya turizm sənayesinin aparıcı oyunçuları ilə Azərbaycanın turizm bazarının qonaqpərvərliyi və peşəkarları arasında dialoq yaratmaqdır. Forumun qonaqları sırasında həm daimi iştirakçılar, həm də debütantlar var idi.

Yenil iştirakçılardan biri Monte-Karloda (Monako) çoxlu sayda dəbdəbəli otellərin, restoranların və digər turizm obyektlərinin sahibi “Monte-Carlo Société Des Bains de Mer” şirkəti idi. Tədbirin mövzusuna uyğun olaraq şirkət öz fəaliyyətinin SPA istiqamətinin təqdiminə xüsusi yer ayırıb. Şirkətin kommersiya direktoru Andrey Kojuşko AZƏRTAC-ın müxbirinə deyib: “Monakoda bizim üç SPA mərkəzimiz var, onlardan biri knyazlıqda ən böyük və Avropada ən böyüklərdən biridir. Sahəsi 7000 kvadratmetr olan bu kompleks Monte-Karlonun mərkəzində yerləşir. Mərkəzin İsveçrə və Braziliya kosmetikasından istifadə edildiyi 30 prosedur kabinəsi, pəhriz restoranları və digər kurort infrastrukturu var. Azərbaycandan olan turistlər kübar həyatı, təmiz dəniz sahilləri və nəfis mətbəxi ilə tanınan Monakoda müalicə və istirahətin geniş imkanlarını qiymətləndirəcəklər”.

“Baku Travel Bazaar” çərçivəsində ilk dəfə İspaniyanın Kanar adaları arxipelaqının tərkibində ən böyük ada Tenerifenin turizm idarəsi də təmsil edilib. Bu qurumun Rusiyada meneceri Tatyana Nazarova deyib: “Biz indiki tədbirin debütantları olsaq da, Bakıya əvvəllər də gəlmişik. Azərbaycandan olan turistlərin Tenerifedə istirahətə artan marağını qeyd edə bilərəm. Dünyanın ən populyar və nüfuzlu kurortlarında olmuş azərbaycanlı turistlər nəsə qeyri-adi və yeni bir şey axtarışında Tenerifeyə diqqət ayırırlar. Adalar səyahətçilərə bir tərəfdən yüksək servis, gözəl otellər, kurort istirahəti üçün yaxşı şərait, yəni, sizin turistlərin adət etdiyi şəraiti təklif edə bilər. Digər tərəfdən isə Tenerifedə təbiət mənzərələri və tarixi yerlər bir-birini tamamlayır. Bu baxımdan Teyde Milli Parkını qeyd etmək kifayətdir. İspaniyanın ən yüksək nöqtəsi, hündürlüyü 3718 metr olan və UNESCO-nun Dünya İrsi Siyahısına salınan Teyde vulkanı orada yerləşir. Burada krater səviyyəsində, 3555 metr hündürlükdə baxış meydançası yerləşir. Oradan bütün Kanar adalarına gözəl mənzərə açılır. Yüksəkliyə ekskursiya hətta axşamlar da olur. Bu zaman tamaşaçıların qarşısında aydın ulduzlu səma canlanır. Adama elə gəlir ki, əlini uzatsan ulduzlara çatar. Belə mənzərə şimal yarımkürəsinin heç bir yerində yoxdur. Təsadüfi deyil ki, dağın yamacında turistlərin üzünə açıq olan beynəlxalq astronomik rəsədxana yerləşir. Oradan günəş və ulduzlar müşahidə edilir. Bundan başqa, San-Kristobal-de-la-Laquna şəhəri də turistlər üçün maraqlıdır. Bu yer də UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Şəhərin özəlliyi ondadır ki, qəsr olmayan ilk orta əsr şəhəridir. Onun tikilmə prinsiplərindən ispanlar Şimali Amerikada şəhər salınmasında istifadə ediblər. Azərbaycan turistlərini Tenerifeyə dəvət edirik. Ümidvarıq ki, tezliklə Azərbaycan ilə İspaniya arasında birbaşa uçuş reysi açılacaq. Hələlik isə Bakıdan bizə Moskva, Kiyev, Minsk və Avropanın digər şəhərlərindən tranzitlə gəlmək olar”.

“Baku Travel Bazaar”ın digər debütantı - Latviyanın “AirBaltic” aviaşirkətidir. Budan əvvəl mayın sonundan Bakı ilə Riqa arasında birbaşa resylərin başlayacağını elan etmiş şirkət peşəkar həmkarlarını daha bir xəbərlə sevindirib. Şirkətin Azərbaycan, Ukrayna, Belarus və Gürcüstan üzrə meneceri Mariya Radçenko deyib: “İndi Azərbaycanın turizm agentlikləri “AirBaltic” reyslərinə bütün biletləri aviadaşımalar sahəsində elektron biletlərin qeydiyyatını ən böyük və müasir platforma olan “Hahn Air”in məntəqəsində birbaşa həyata keçirə bilərlər”.

“Season's” - Avropa və Hindistanda yerləşən lüks sinif otellərin nümayəndəsi “Baku Travel Bazaar”ın dəfələrlə iştirakçısı olub. Şirkət bu dəfə foruma gələnlərin diqqətini Hindistanda yerləşən “Kalari Kovilakom”, “Kalari Rasayana” və “SwaSwara” ayurvedik klinikalara cəlb edib. “Season's” nümayəndəsi İrina Byatkinanın sözlərinə görə, bu müalicəxanalarda ayurverdadan başqa, yoqa və meditasiya da tətbiq olunur.

“Baku Travel Bazaar”ın adlı-sanlı əcnəbi iştirakçıları sırasında Azərbaycanın yeni “Chenot Palace” sağlamlıq otel kompleksi özünü itirmədi. İtaliyanın nüfuzlu müalicəxanalarının sahibi olan “Chenot” brendi ilk dəfə öz ölkəsinin hüdudlarından kənarda - Qəbələdə kompleks tikdirib. Otelin satış üzrə meneceri Fərid Abbasov deyib: “2016-cı ilin avqust-sentyabr aylarında açılışı nəzərdə tutulan yeni otel mənzərəli yerdə, gölün sahilində yerləşir və “Chenot”un yaradıcısı Anri Şenonun metodu ilə müalicə prosedurlarının keçirilməsi üçün nəzərdə tutulur. Müalicəxanada yüksək ixtisaslı xarici həkimlərin nəzarəti altında ən yeni cavanlaşdırma texnologiya və arıqlama üsullarından istifadə ediləcək”.

Növbəti tədbir Bakıda sentyabr ayında keçiriləcək və payız və qış turizminin aktual istiqamətlərinə həsr ediləcək.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib  YENİLƏNİB

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanja ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var