RƏSMİ XRONİKA
“TERRORİZMİN QARŞISININ ALINMASI HAQQINDA” AVROPA KONVENSİYASINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” PROTOKOLUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” 2003-cü il mayın 15-də Strasburq şəhərində imzalanmış Protokol Azərbaycan Respublikasının ona dair bəyanatı ilə birlikdə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2008-ci il.