Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

TÜRK DÖVLƏTLƏRİ BAŞÇILARININ II ZİRVƏ TOPLANTISI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün oktyabrın 18-də İstanbula yola düşmüşdür.

Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev və digər rəsmi şəxslər yola salmışlar.

X X X
Oktyabrın 18-də axşam İstanbulda türk dövlətləri başçılarının ikinci zirvə toplantısının təntənəli açılışı oldu. Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl toplantını açaraq dili, dini, tarixi kökləri eyni olan türk dövlətlərinin başçılarını səmimi salamladı və bu görüşdə iştirak etmək üçün Türkiyəyə gəldiklərinə görə onlara razılığını bildirdi.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentlərinin zirvə toplantısının böyük iqtisadi və siyasi əhəmiyyətini qeyd edən Süleyman Dəmirəl son illərdə öz ölkəsinin yeni müstəqil türk dövlətləri ilə əlaqələrin genişlənməsindən razılıq hissi ilə danışdı.

Süleyman Dəmirəl daha sonra dedi: Ermənilər Azərbaycan torpaqlarnın 20 faİzini işğal etmişlər. Bir milyon azərbaycanlı yurd-yuvasından qaçqın düşmüşdür. Bu münaqişəyə sülh yolu ilə son qoyulması bizim ən böyük arzumuzdur. Ümumən, Qafqazdakı vəziyyət Türkiyə ilə Orta Asiya arasında Orta Asiya ilə Avropa arasında münasibətlərə də əngəl törədir.

Türkiyə prezidenti daha sonra türk dövlətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrini bundan sonra da genişləndirməyin mühümlüyünü vurğuladı.

Oktyabrın 18-də axşam və oktyabrın 19-da səhər zirvə toplantısı öz işini bölmələr üzrə davam etdirdi.

GüNortadan sonra isə toplantı iştirakçılarının birgə bəyannaməsinin imzalanması mərasimi oldu. Sənədi Türkiyə prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Özbəkistan Prezidenti İslam Kərimov, Türkmənistan Prezidenti Saparmurad Niyazov və Qırğızıstan Prezidenti Əsgər Akayev imzaladılar. İstanbul bəyannaməsində altı türkdilli dövlətin iqtisadi əməkdaşlığı, mədəni əlaqələri daha da inkişaf etdirmək üçün səylərini davam etdirmək əzmi öz əksini tapmışdır.

Türkiyə Preizdenti Süleyman Dəmirəl zirvə toplantısına yekun vuraraq bildirdi ki, qısa müddət ərzində türk dövlətləri arasında ən müxtəlif sahələrdə sıx ikitərəfli və çoxtərəfli əlaqələr yaradılmışdır. Natiq dövlətlərarası əlaqələrə əngəl törədən problemlərdən, ilk növbədə Ermənistan -Azərbaycan münaqişəsinin bölgədə yaratdığı çətinliklərdən də danışdı. O bildirdi ki, türkdilli dövlətlərin üçüncü zirvə toplantısı 1995-ci ilin avqust ayında Bişkekdə keçiriləcəkdir və bu barədə razılıq əldə edilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışında zirvə toplantısının əhəmiyyətindən söz açdı. Respublikamızın dövlət başçısı Azərbaycanın qonşu ölkələrlə öz münasibətlərini dostluq və əməkdaşlıq prinsipləri əsasında qurmaq əzmində olduğunu bildirdi.

Bəyannamənin imzalanması mərasimindən sonra mətbuat konfransı keçirildi. Jurnalistlərin suallarına cavab verən dövlət başçıları türkdilli dövlətlərin əməkdaşlığının möhkəmlənməsi üçün belə görüşlərin böyük əhəmiyyəti olduğunu bildirdilər.

Mətbuat nümayəndələrinin Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında sentyabrın 20-də Bakıda imzalanmış müqavilə barədə suallarına Azərbaycan Preizdenti Heydər Əliyev ətraflı cavab verdi.

Jurnalistlər digər dövlətlərin rəhbərlərinin də bu dənizin statusu ilə bağlı fikirlərini də öyrənmək istədiklərini bildirdilər. Cavablara ümumi rəy belə oldu ki, məsələlərin qarşılıqlı anlaşma yolu ilə tənzimlənməsi bu sahədə meydana çıxan bütün problemlərin həllinə kömək edə bilər.

Oktyabrın 19-da axşam Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Türkiyəyə qısamüddətli səfərdən sonra Vətənə qayıtmışlar.

Bakının Binə hava limanında Respublika Prezidenti Heydər Əliyevi Respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev və digər rəsmi şəxslər qarşılamışlar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq – MÜSAHİBƏ

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Daşkəsəndə vətəndaşlarla görüşəcək

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Azərbaycan neftinin ucuzlaşması davam edir

Elektrik avadanlıqlarının çatışmazlığı Avropada yaşıl enerjiyə keçidi ləngidir

Diplomat: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səylər sülhə ümid yaradır

Çin ordusu Tayvan separatçılarına “Birgə qılınc” təlimi ilə cavab verir

Makron Yeni Kaledoniyaya səfər edib

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib

Abşeronun misilsiz abidəsi - “Üç ovdan”

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib

Avropa Liqasının finalı: "Atalanta" - "Bayer"in start heyətləri açıqlanıb

Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri... REPORTAJ – FOTO 

Azərbaycan Texniki Universitetində Alman Akademik Mübadilə Xidmətinin illik təqaüd mükafatlandırma mərasimi keçirilib

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Prezident Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir

İcma: Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondan kənar dövlətlərin yersiz müdaxilələri yolverilməzdir

Regional təhsil idarəsi: Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

“8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Nərimanov rayonundakı ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb

Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür VİDEO

Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Rəsulzadənin 140 illik yubileyi Marneulidə qeyd olunub

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb

Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir

Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək

Jurnalist Reyçel Avraham: Erməniləri Qarabağdan heç kim silah gücü ilə çıxarmayıb

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

TikTok platformasının nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi medal görüşünə çıxacaq

ALMA rəsədxanasının nümayəndələri BDU-da

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair hansı tələblər var?

Amerikalı qonaqlar azad edilən ərazilərdə köç prosesini ləngidən mina təhlükəsi barədə məlumatlandırılıblar

“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı

BANM-də “Addım at” forumu keçirilib

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Kimya və kimya texnologiyası” mövzusunda lll respublika elmi konfransı işə başlayıb

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Ermənistanın nicat yolu yalnız sülhdədir ŞƏRH

Bakıda “Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib VİDEO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

Qurban Yetirmişli: Azad olunmuş ərazilərdə geofiziki tədqiqatlar aparılmayıb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub

® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini kəskin şəkildə qınayıb

#TikTokdanÖyrən layihəsinin qalibləri bəlli olub

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında fəaliyyətə başlayacaq

Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb

BMTM azərbaycanlı qaçqınların Ermənistana qayıdışı ilə bağlı məruzə hazırlayıb

Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

Paytaxtda 140 yaşlı məktəbin yubileyi qeyd olunub

Ali Məclis 2023-cü il büdcəsinin icrası haqqında qanunu birinci oxunuşda qəbul edib

“Göygöl Milli Parkının dendroflorası” kitabının təqdimatı olub

“Avro-2024”: Şotlandiya millisinin ilkin heyəti bəlli olub

TBMM-in Baş katibinin müavinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub

Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb