Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Türk əsgəri Suriyada: terrora ağır zərbəyə beynəlxalq dəstək

Türk əsgəri Suriyada: terrora ağır zərbəyə beynəlxalq dəstək

Suriya böhranının sürprizləri davam edir. Dünyanın və regionun böyük dövlətləri bu ölkədəki hadisələrə aktiv müdaxilə etməkdədirlər. Açığı deyilsə, indi Suriya bir bataqlığı xatırladır. Bir neçə ildir ki, ABŞ başda olmaqla Qərb dövlətləri, Rusiya, İran, Səudiyyə Ərəbistanı burada mübarizə aparırlar. Lakin hələ də konkret nəticə yoxdur, silahlı toqquşmalar səngimir və terror digər regionları da təhdid etməkdədir. Bu arada Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal hissəsində Azad Suriya Ordusuna (ASO) güclü dəstək verməyə başlayıb. Artıq strateji əhəmiyyətli Cerablus şəhəri terrorçulardan təmizlənib. Ankara prosesin bütövlükdə bölgə İŞİD və PYD-dən tam təmizlənənə qədər davam edəcəyi haqqında informasiyalar yayır. Maraqlıdır ki, böyük dövlətlər Türkiyənin bu addımına elə də etiraz etməyiblər. Hətta Amerika, Fransa və Almaniya birmənalı Ankaranın yanında olduqlarını bəyan ediblər. Bunlarla yanaşı, ekspertlər Suriyaya əsgər göndərməyin ciddi riskli tərəflərinin də olduğunu vurğulayırlar. Proseslər necə sonuclana bilər?

"Fərat qalxanı": Ankara xüsusi əməliyyatlara başladı

Azad Suriya Ordusu artıq Türkiyə xüsusi təyinatlılarının yardımı ilə ölkə sərhədindən 20-30 kilometr məsafədə olan Cerablus şəhərində təmizləmə işləri aparır, burada rəsmi qurumların fəaliyyətinin bərpası ilə məşğuldur. Hərbi əməliyyatı Türkiyə "Fərat qalxanı" adlandırıb. Bunun həm hərbi, həm də geosiyasi mənası vardır. Söhbət Fəratın qərb sahillərini müdafiə etməkdən və burada Türkiyənin maraqlarını təmin etməkdən gedir.

Bu hadisə dünya KİV-də mühüm hal kimi qiymətləndirilir. Ekspertlər məsələnin geosiyasi aspekti üzərində geniş dayanırlar. Belə anlaşılır ki, böyük dövlətlər Türkiyənin Suriyaya hərbi qüvvə göndərməsinə loyal yanaşıblar. Rusiya KİV-in yaydığı informasiyaya görə, Ankara ABŞ, Rusiya və İranı həmin əməliyyatla bağlı vaxtında məlumatlandırıb. Hətta hərbi əməliyyatların vaxtını da müəyyənləşdirib – 15 gün (bax: məs., Антон Подковенко. Турция заранее оповестила Россию, США и Иран о вторжении в Сирию / "Vesti.ru", 24 avqust 2016).

Rusiyalı müəllifin fikrincə, "hər bir halda, Türkiyənin regionda siyasətinin dəyişməsi göz qabağındadır. Ankara Moskva və Vaşinqtonla yeni təmas nöqtələri arayır. Ola bilsin ki, Cerablusdakı əməliyyatın inkişafı gedişində Suriya böhranının tənzimlənməsində yeni qüvvələr nisbətinin necə olacağını demək mümkün olacaq" (bax: əvvəlki mənbəyə).

Onu vurğulayaq ki, Qərb ekspertləri də təqribən eyni mövqedədirlər. Deməli, Türkiyə addım atmazdan əvvəl onun məzmunu və məqsədini lazım bildiyi dairələrə kifayət qədər dəqiq anladıb. Amerika, Rusiya, Fransa, Almaniya, İran kimi dövlətlərdən verilən bəyanatlar, ifadə edilən fikirlər bunu təsdiqləyir. Bununla Türkiyənin müasir dövrün qabaqcıl hərbi və informasiya üsullarından istifadə edərək davrandığı nəticəsini çıxarmaq olar. Bu məqam olduqca böyük əhəmiyyət kəsb edir.

Müşahidəçilər diqqəti ona yönəldirlər ki, Cerablusa hücum ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə gəlişi günü oldu. Ölkənin baş naziri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Amerika rəsmisi Ankaraya gec gəldiyinə görə üzr istəyib. O, Vaşinqtonun Türkiyəyə ən yaxşı dost olduğunu bəyan edib.

Baş nazir Binəli Yıldırım bir neçə telekanala verdiyi müsahibədə bu sözlərin arxasında konkret faktların dayandığını qeyd edib (bax:Başbakan Yıldırım Habertürk, Show Tv, Bloomberg HT ortak yayınında konuştu / "Habertürk‎", 24 avqust 2016).

Əlavə olaraq, Vaşinqton kürd radikal qruplarının Fərat çayının şərqinə çəkiləcəyinə təminat verib. Dövlət katibi Con Kerri bundan cəmi bir gün sonra bildirib ki, PYD-YPG gücləri söz verildiyi mövqeyə çəkilməyə başlayıblar. Bunu o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında bildirib (bax: Kerry: PYD Fırat'ın doğusuna çekiliyor / "Habertürk‎", 25 avqust 2016). C.Kerrinin dediyinin həqiqət olub-olmadığı yaxın günlərdə məlum olacaq.

Böyük savaşın başlanğıcı: qalib olmaq şansı

Bütün hallarda belə təəssürat yaranır ki, Vaşinqton Türkiyə məsələsinə son dərəcə həssaslıqla yanaşmağa başlayıb. Bu ölkənin Qərbin təhlükəsizliyi üçün ciddi rol oynadığı etiraf edilir. NATO-dan onun çıxarılması mümkün deyildir. Əksinə, o da hiss olunur ki, Aİ-nin böyük dövlətləri Ankaraya dəstəyi gücləndiriblər. Cerablusa müdaxiləni Paris ‎"məmnunluqla qarşılayırıq‎" deyə qiymətləndirib, Berlin isə ‎"bu, Türkiyənin təbii haqqıdır‎" söyləyib. Rusiya güclü dəstək verməsə də, ciddi etiraz da etməyib. Kreml proseslərin sülhə aparmasını arzuladığını ifadə edib. Bəşər Əsəd məsələsinə görə isə ümumi vəziyyəti qayğıverici adlandırıb.

Bunlara yanaşı, Dəməşqin reaksiyası maraqla gözlənilirdi. B.Əsəd iqtidarı Türkiyənin bu hərəkətini tənqid edib, Suriya ərazisinin işğalı adlandırıb. Ancaq ekspertlər sual verirlər ki, Suriyada indi bir neçə ölkənin xüsusi təyinatlıları vardır. Onda belə çıxır ki, bu ölkədə "işğal"la suverenliyin sərhədi itib. Yalnız sabitlik yaranandan sonra kimin-kim olduğu bilinər.

Məsələnin digər tərəfi Suriyanın şimalının kürd qrupları tərəfindən faktiki olaraq zəbt edilməsinə bağlıdır. Həmin səbəbdən ABŞ və hətta İraq kürd muxtar regionunun rəhbərləri Ankaranın hərəkətlərinə etiraz edə bilmirlər. Onlar terrorla mübarizədə Türkiyənin yanında olduqlarını bəyan ediblər.

Bütün bunlar Yaxın Şərqdə geosiyasi mənzərənin yenidən dəyişməkdə olduğunu göstərir. Konkret olaraq, Türkiyə öz iradəsini ortaya qoyaraq özünün təhlükəsizliyini təmin etmək istiqamətində cəsarətli addım atmağa hazır olduğunu nümayiş etdirir. Lakin problemin başqa yönlərini də unutmaq olmaz. Məsələ ondan ibarətdir ki, Suriya, doğrudan da bir bataqlıqdır. Buraya daxil olan necə çıxacağını yaxşı düşünməlidir. ABŞ hələ də Suriyanı tərk edə bilmir. Fransa əsgərlərini buraya göndərməyin ağır bədəlini ödəyir. Bütövlükdə Avropa ölkələri Suriya böhranının yaratdığı miqrasiya probleminin həllində aciz qalıblar. İran seçilmiş əsgərlərini həmin bölgəyə göndərib, ancaq ciddi itkilər verməkdədir. Hansı uğuru qazandığı isə bəlli deyil.

Bunlardan başqa, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Livan və başqa ölkələr də Suriyadan salamat qurtula bilmirlər. Bunların fonunda Türkiyənin addımı xeyli risk daşıdığını göstərir. Ancaq Türkiyənin bu mövzuda vəziyyəti onların hamısından fərqlidir. Məsələ burasındadır ki, Suriyada fəaliyyət göstərən radikal qruplar həm də Türkiyədə terror aktları törədir, sərhəddən keçərək müxtəlif yerlərdə qətliamlar edirlər. Bununla yalnız Suriyaya deyil, həm də Türkiyəyə təhlükə olduqlarını ifadə edirlər.

Onların sırasında olan və PKK-nın Suriya qolu adlanan PYD isə açıq-aşkar Ankaranı təhdid etməkdədir. Türkiyənin müdafiə naziri Fikri İşığın təbirincə desək, bu qruplaşma özünü "şıltaq məhəllə uşağı" kimi aparırdı (bax: Fikri Işık'tan Cerablus açıklaması: PYD ve DAEŞ akıllı olurlarsa çatışmadan çekilir giderler / "Habertürk‎", 25 avqust 2016).

Bunlara rəğmən, Türkiyənin Suriya ərazisinə hərbi qüvvə göndərməsinin mümkün nəticələri barədə birmənalı proqnoz vermək çətindir. Çünki burada fəaliyyət göstərən xarici güclər Ankaranı da oda atmaqda maraqlıdırlar. Bu məqsədlə müxtəlif təxribatlar törədilə bilər. Türk əsgərinin buradan çıxmaması üçün müəyyən dairələr planlar hazırlayarlar. Bütövlükdə yaranmış situasiyanın mürəkkəbliyindən istifadə edərək Türkiyəni üzücü müharibəyə sürükləməyə çalışarlar.

Təbii ki, bu ssenariləri istisna etmək olmaz. Ancaq yenə də Türkiyə bu addımı atmağa məcbur idi. Ankara üçün məsələ strateji-geosiyasi əhəmiyyət kəsb edir. Çox güman ki, Türkiyə qarşısına qoyduğu problemləri həll etdikdən sonra bölgəni tərk edəcək. Ancaq türk əsgəri artıq növbəti qəhrəmanlıq dastanı yazdı. 8 saat müddətində Cerablusun azad edilməsinə nail oldu və PYD-ni xəbərdar etdi. Böyük dövlətlərin də onu anlaması göstərir ki, Ankaranın qarşısına ciddi maneə çıxmaya bilər. Onun iki cəbhədə – PKK və İŞİD istiqamətində savaş aparmaq iqtidarında olduğuna ekspertlər əmindirlər. Əslində, Cerablus əməliyyatı bir daha göstərdi ki, Türkiyə güclü hərbi sistemə malikdir.

Newtimes.az

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib