Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türk Şurası: Ortaq soy-kökdən, ortaq tarix və mədəniyyətdən, milli dəyərlərdən güc alan birlik

Türk Şurası: Ortaq soy-kökdən, ortaq tarix və mədəniyyətdən, milli dəyərlərdən güc alan birlik

Bakı, 31 mart, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşü türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətinin növbəti təzahürüdür. Bu tədbir Azərbaycanın sədrliyi dövründə türkdilli ölkələrin dövlət başçıları səviyyəsində keçirilən artıq üçüncü görüşdür ki, bu da ölkəmizin təşkilata sədrliyini xarakterizə edən mühüm məqam kimi qiymətləndirilə bilər. COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan Türk Şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərməkdədir. Bugünkü görüşdə müzakirə olunan mövzular türkdilli ölkələr arasında ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı, mədəni dəyərlərin qorunması ilə bağlı məsələlərin prioritet olduğunu təsdiqlədi.

Zirvə görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da yadda qaldı.

AZƏRTAC Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü fonunda qurumun yaranması və keçdiyi inkişaf yoluna nəzər salır.

Zamanın hökmü ilə: Naxçıvan Sazişindən başlayan yol

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Ölkələrin Dövlət Başçılarının 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində keçirilən 9-cu Zirvə görüşündə imzalanan Sazişə əsasən yaradılıb. Sazişi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar.

Xatırladaq ki, türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu, imperiya əsarətindən yenicə xilas olmuş türkdilli respublikaların dövlət müstəqilliklərinin bərpa etməsi nəticəsində mümkün olub. 1992-2009-cu illərdə dövlət başçıları 10 görüş keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edərək, bir sıra mühüm məsələlərdə ortaq məxrəcə gəliblər.

Naxçıvan Sazişinə əsasən, tərəflər qarşılıqlı etimad, dostluq və yaxşı qonşuluğun möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elmi-texniki, hərbi, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən müxtəlif sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi üzrə razılıq əldə ediblər. Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçiləri kimi türk dövlətləri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatını müəyyənləşdirib. Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaradılmış Türk Şurası müstəqil türk respublikaları və xalqları arasında təhsil, elm və mədəniyyət, iqtisadiyyat, nəqliyyat, turizm sahələrində tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir.

Ötən illərdə əhəmiyyətli inkişaf yolu keçən Türk Şurası türkdilli ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Azərbaycanın türkdilli ölkələrin birlik və həmrəyliyinə töhfələri

Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türk Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün davamlı addımlar atıb. Şuranın indiyədək keçirilmiş bütün Zirvə görüşlərində Azərbaycan yüksək səviyyədə təmsil olunub. Ölkəmiz türk dövlətləri arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi, eləcə də təhlükəsizlik məsələləri üzrə ortaq fəaliyyətin gücləndirilməsi və digər istiqamətlərdə mühüm təkliflər və təşəbbüslərlə çıxış edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edən və 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçib.

Həmin Zirvə görüşündə Azərbaycanın türk dünyası ölkələri arasında nəqliyyat və energetika sahələrində əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışan Prezident İlham Əliyev deyib: “Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi də Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.

Azərbaycan Qazaxıstan və Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilib. Həm enerji daşıyıcıları, həm də digər yüklər Azərbaycan ərazisindən keçir. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bu ölkələrin əsas ixrac yolları Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər quruma üzv ölkələri bir-birinə daha da sıx bağlayır.

Türk Şurasına sədrliyi dövründə Azərbaycan dünyada bu beynəlxalq təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir. 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq aləmdə də fəal rol oynadığını təsdiqləyir. Xüsusilə vurğulamaq lazımdır ki, bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir idi.

Zirvə görüşündə dövlət başçılarının verdikləri təlimatlara uyğun olaraq Türk Şurasına üzv və müşahidəçi ölkələrin silsilə videkonfransları keçirilib. Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərin səhiyyə, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, miqrasiya və turizm sahələrinə məsul qurumların rəhbərlərinin görüşləri təşkil olunub. Həmin görüşlərdə pandemiya və postpandemiya dövrlərində əməkdaşlığın daha da gücləndirilməsinə dair məsələlər müzakirə edilib.

Səmərəli və fəal sədrliyin davamı olaraq, bu ilin aprelində Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 3-cü toplantısının, həmçinin Türk Şurasının Ticarət və Sənaye Palatasının biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın quruma sədrliyi dövründə göstərdiyi səylər və təşəbbüslər nəticəsində təşkilatın fəaliyyətinin, üzv dövlətlər arasında əməkdaşlıq pandemiya şəraitində nəinki zəifləyib, əksinə, daha da güclənib və genişlənib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın ofislərinin Bakı şəhərində yerləşməsi Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa verdiyi önəmin göstəricisi olmaqla yanaşı, ölkəmizin türk dünyasının birliyinin gücləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir.

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya layihələri
bütün türk dünyasını birləşdirəcək

Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçalamışdı. Naxçıvanda qəbul edilən qərarlar və birgə fəaliyyət türk dünyasının birliyini daha da gücləndirməli idi və belə də oldu.

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin yaradılması sayəsində bu məsələ praktiki olaraq reallaşmaq üzrədir. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası, daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunun inkişafı üçün çox böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.

Prezident İlham Əliyev bugünkü Zirvə görüşündə qeyd etdiyi kimi, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Türkiyədən Mərkəzi Asiyaya və əks istiqamətdə beynəlxalq yükdaşımaların pandemiya dövründə fasiləsiz həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Belə ki, 2020-ci ildə türkdilli ölkələrdən qeyri-neft sektoru üzrə 2,3 milyon tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu da 2019-cu illə müqayisədə 800 min ton və ya 52 faiz çoxdur.

Azərbaycanın Vətən müharibəsində Qələbəsi əməkdaşlıq üçün yeni imkanlar açır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər Azərbaycanın ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsində qazandığı Qələbəsini və 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsini təqdir edib və münaqişənin başa çatmasını alqışlayıblar. Üzv dövlətlər, həmçinin azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətində səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını bildiriblər. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər.

Bugünkü Zirvə görüşündə bu barədə danışan Prezident İlham Əliyev deyib: “Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk”.

Qarabağda aparılacaq bərpa və yenidənqurma işlərində dost ölkələri görmək istədiyini bildirən Prezident İlham Əliyev deyib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər”.

Qarabağın bərpasında Türkiyə ilə yanaşı, təbii ki, digər türkdilli ölkələrin də iştirakı arzu olunur.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük əhəmiyyət verir. Artıq BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurulub.

İndi qarşıda duran əsas məqsəd Türk Şurasının statusunu artırmaq və onu beynəlxalq təşkilata çevirməkdir. Yeri gəlmişkən, bugünkü sammitdə bu hədəf xüsusi vurğulanıb.

Abbasəli Yadigarov

AZƏRTAC-ın redaksiya müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO