Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Türkiyə elmi layihələrin reallaşdırılması baxımından qabaqcıl ölkələrdən biridir -Dünyanın elm təcrübəsindən

Türkiyə elmi layihələrin reallaşdırılması baxımından qabaqcıl ölkələrdən biridir -Dünyanın elm təcrübəsindən

İstanbul, 5 mart, AZƏRTAC

Türkiyə elmi tədqiqatların aparılması, təşkili və reallaşdırılması baxımından son illər dünyanın ən inkişaf etmiş ölkələrindən biri hesab olunur. Qardaş ölkə alimlərinin Antarktikada iqlim dəyişikliyi ilə bağlı aparılan tədqiqatlarda iştirakı, milli müdafiə sənayesinin yüksək səviyyədə inkişafı, koronavirusa qarşı peyvəndin hazırlanması kimi uğurlu nəticə verən elmi araşdırmalar bunun ən bariz nümunələrindəndir. Türkiyədə hər il müxtəlif elmi layihələrə start verilir ki, bunun üçün də dövlət tərəfindən müəyyən məbləğdə vəsait ayrılır.

AZƏRTAC-ın xüsusi müxbiri Türkiyə elm ocaqlarının fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətlər, elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi ilə bağlı bəzi araşdırmalar aparıb. Onun qeydlərini təqdim edirik.

2020-ci ildə Türkiyə alimlərindən ibarət 24 nəfərlik heyət Antarktikada iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmada 15 müxtəlif layihə ilə iştirak edib. Türkiyənin Prezident Administrasiyasının himayəsi ilə həyata keçirilən “IV Milli Antarktika Elmi Səfəri”nə qatılan komanda Antarktikadan 120 kilometr aralıqda yerləşən King George Adasında bir ay boyunca tədqiqat aparıb.

Türkiyənin də daxil olduğu beş ölkənin təşəbbüsü ilə yaradılan Antarktika Yarımadası Logistika Xüsusi İşçi Qrupu səfərdən iki il əvvəl logistik fəaliyyətlərin xərclərinin necə azaldılması və ortaqlığın necə qurulacağı ilə bağlı toplantısını Türkiyədə keçirdi. Bu görüş və tərəfdaşlıqlar Türkiyənin artıq Antarktikanı izləyən deyil, bölgənin araşdırılmasında daha aktiv rol oynayan, qərarvermə mexanizmində iştirak edən bir ölkəyə çevrildiyinin göstəricisidir.

Son illər Türkiyə müdafiə sənayesində də uğurlar əldə edib. “Baykar” şirkəti tərəfindən həyata keçirilən layihələr, hazırlanan müdafiə sistemləri haqqında dünyada artıq bilməyən yoxdur. Azərbaycanın İkinci Qarabağ müharibəsi dövründə özünü praktikada doğruldan silahlı və silahsız pilotsuz uçuş aparatları yalnız yerli mütəxəssislərin layihələri əsasında və milli texnologiyalarla hazırlanıb ki, bu da qardaş ölkənin mütəxəssislərinin ən böyük uğurlarından biridir.

1986-cı ildə yaradılmış “Baykar” şirkəti pilotsuz uçuş aparatı sistemi və altsistem komponentlərinin layihələndirilməsi prosesinə 2000-ci ildən etibarən başlayıb. 2004-cü ildə isə PUA-ların ilk sınaqları keçirilib.

Bir neçə ildir ki, həyatımıza daxil olan koronavirusla mübarizə bütün dünya üçün aktual məsələlərdən biridir. Pandemiyanın ilk günlərindən dünyanın bir çox ölkəsində alimlər peyvəndin hazırlanması istiqamətində fəaliyyətə başladılar. Lakin buna çox az sayda ölkə nail oldu ki, onlardan biri də Türkiyədir. Yerli COVID-19 peyvəndini hazırlayan isə türk alim professor Aykut Özdarendeli oldu. TURKOVAC adı verilən bu peyvənd bir ildən artıq davam edən çətin və yorucu tədqiqatın nəticəsində əldə edildi.

Türkiyə beynəlxalq elmi şəbəkələrdə alimləri bir araya gətirmək və beləliklə də milli tədqiqatlarını həyata keçirən alimləri dünya arenasına çıxarmaq məqsədilə 1971-ci ildə yaradılmış Elm və Texnologiya üzrə Avropa Əməkdaşlıq Təşkilatının (COST) qurucu dövlətlərindən biridir. COST tədqiqatçılara şəbəkə dəstəyi vermək və bunu əsas məqsəd kimi qəbul etmək baxımından öz sahəsində ən mühüm strukturdur. Bu kontekstdə COST türk tədqiqatçılarına beynəlxalq ekspert-tədqiqatçılarla bir araya gəlmək və Türkiyə üçün ciddi fayda verəcək beynəlxalq layihələrdə iştirak edəcək konsorsiumlara çatmaq üçün son dərəcə əhəmiyyətli imkanlar təqdim edir.

COST-un elmi koordinatorluğunu ölkənin əsas elm-tədqiqat mərkəzi olan Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) həyata keçirir. Ölkədə aparılan bütün elmi layihələr, demək olar ki, TÜBİTAK tərəfindən idarə olunur. O, hər il müxtəlif çaplı layihələrə də ev sahibliyi edir.

TÜBİTAK-ın Mərmərə Araşdırma Mərkəzi tərəfindən “Kimyəvi və bioloji müharibə maddələrinə qarşı yeni nəsil zərərsizləşdirmə texnologiyasının inkişafı (DEKON)” üçün ilk layihə başladılıb. Layihə çərçivəsində kimyəvi və bioloji müharibə vasitələri və onlara qarşı reaktiv zərərsizləşdirmə materiallarının (zərərsizləşdirici toz, maye, sprey, salfet, krem, losyon kimi müxtəlif formulalar şəklində) milli vasitələrlə pilot miqyasda hazırlanması, istehsalı və sınaqdan keçirilməsi nəzərdə tutulur. Onun tərəfindən başladılan daha bir layihəni bu qurumun İnformatika və İnformasiya Təhlükəsizliyi Təkmil Texnologiyalar Araşdırma Mərkəzi (BİLGEM) həyata keçirəcək. “Kritik enerji infrastrukturları üçün kibertəhlükəsizlik bacarıqlarının inkişafı” (SYNERGY) layihəsi ilə kritik enerji infrastrukturları üçün müstəqil kiberhücum və müdafiə platformalarının inkişaf etdirilməsi və bunların bir-biri ilə rəqabət apararaq müvafiq sahədə müdafiə imkanlarının gücləndirilməsi hədəflənir.

Gənclərin elmi tədqiqat sahəsi üzrə biliklərinin ortaya çıxarılması məqsədilə 2018-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkə üzrə təcrübə-texnologiya emalatxanalarının yaradılması ilə bağlı layihəyə başlanılıb. Bütün ölkəni əhatə edəcək bu layihə çərçivəsində yaradılacaq emalatxanalarda Türkiyənin Milli Texnologiya Hərəkatının təkanverici qüvvəsi hesab edilən yüksək texnologiya istehsal səriştəsinə malik gənclər təcrübələrini davam etdirəcək və təhsil alacaq. Onlar bu il layihə çərçivəsində külək enerjisi istehsalı üzrə dizayn-layihələri ilə yarışırlar. Eyni zamanda, bu tələbələr robotik kodlaşdırma, nanotexnologiya, biotexnologiya, enerji texnologiyaları, kiber və kosmik texnologiyalar kimi bir çox sahə üzrə üç il ödənişsiz təhsil hüququnu qazanırlar.

TÜBİTAK hər il elmi-texnoloji araşdırma layihələrinə dəstək proqramını da həyata keçirir. Proqramın məqsədi yeni məlumatlar əldə etmək, eləcə də onlara elmi şərhlər vermək və ya texnoloji problemlərin həlli üçün elmi prinsiplərə uyğun olan layihələri dəstəkləməkdir. 2021-ci il üçün tədqiqat layihələrini dəstəkləmək üçün yuxarı hədd (təqaüd daxil olmaqla, layihə təşviq bonusu və qurum payı istisna olmaqla) büdcə məhdudiyyəti olmadan 720 min türk lirəsi təşkil edib.

Elm mərkəzi tərəfindən keçirilən daha bir layihə “Sürətli Dəstək Proqramı”dır. Bu proqramın məqsədi universitetlərdə, tədqiqat xəstəxanalarında və elmi-tədqiqat institutlarında həyata keçiriləcək təxirəsalınmaz, qısamüddətli, kiçik büdcəli tədqiqat və inkişaf layihələrini dəstəkləməkdir. 2021-ci ildə proqram çərçivəsində layihələr üçün təqaüd də daxil olmaqla, ən yüksək dəstək həddi illik 45 min türk lirəsi müəyyən edilib.

Daha bir proqram Milli Elm, Texnologiya və İnnovasiya Strategiyası çərçivəsində keçirilib. Məqsəd prioritet sahələr üzrə nəticəyönümlü, müşahidə edilən, məqsədləri olan, müvafiq elm-texnologiya sahələrinin dinamikasını müşahidə edən, eləcə də bu sahədə həyata keçirilən yerli elmi-tədqiqat və inkişaf layihələrini dəstəkləməkdir. 2020-ci ildə bu çərçivədə kiçik miqyaslı layihələrə 750.000, orta ölçülü layihələrə 750.00-1.500.000, iri miqyaslı layihələrə isə 1.500.00 - 3.750.000 türk lirəsi məbləğində dəstək göstərilib. Digər bir proqram sosial və humanitar elmlərə yeniliklər gətirilməsi məqsədilə aparılan tədqiqat layihələrinə dəstək üçün həyata keçirilir. 2021-ci ildə bu cür layihələrə 300.000 türk lirəsi məbləğində büdcə ayrılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib