SİYASƏT
UKRAYNADAKI AZƏRBAYCAN DİASPORUNUN LİDERLƏRİ TƏRƏFİNDƏN RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏLƏRİ AÇILMIŞDIR
Kiyev, 7 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Ukrayna Azərbaycanlıları Konqresinin sədri tərəfindən Ramazan bayramı münasibətilə iftar süfrəsi açılmışdır. Tədbir Kiyevin mərkəzindəki “Tikə” türk restoranında keçirilmişdir.
İftardan əvvəl Ukrayna Müsəlmanları İdarəsinin başçısı şeyx Əhməd Tamim müqəddəs Qurandan ayə oxumuşdur.
Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları, GUAM-ın nümayəndəsi, din xadimləri, türk xalqları milli mədəni icmalarının rəhbərləri, diasporumuzun üzvləri və başqaları tədbirdə iştirak etmişlər.
İftar başa çatdıqdan sonra şeyx Əhməd Tamim tədbir iştirakçılarını Kiyevdə ilk məscidin özülqoyma mərasiminə dəvət etmişdir. Təklif böyük sevinc və razılıqla qəbul olunmuşdur.
İftar süfrəsi ərəfəsində müqəddəs bayram buradakı “Şəhrizad” restoranında Ukrayna Azərbaycanlıları Konqresi Kiyev şəhər təşkilatı tərəfindən də qeyd edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev