CƏMİYYƏT
Ukraynadan idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Bakı, 3 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fiziki şəxs Mustafayev Pərviz Vilayət oğlunun Ukraynadan idxal etdiyi “OL.KAR-AqroZooVet-Servis” şirkətinin istehsalı olan 1500 ədəd 100 ml-lik qablaşdırmada “Dezi sprey” baytarlıq preparatlarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nümunələrdə Ph göstəricisi üzrə uyğunsuzluq aşkar olunub. Nümunənin analiz sertifikatında Ph göstəricisi 3.5-6.0 qeyd edilsə də, müayinələrdə həmin göstərici 2.43 olub.
Aşkar edilmiş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək baytarlıq preparatları (1 dekabr 2022-ci il tarixli 122212 partiya nömrəli) “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.