Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycan durduqca xatırlanacaqdır

Bakı, 12 dekabr (AZƏRTAC). Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından səkkiz il keçir.

Ulu öndər Heydər Əliyev itkisi Vətənini sevən hər bir azərbaycanlı üçün son dərəcə böyük, əvəzsiz itkidir. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son əlli illik tarixinin inkişaf mərhələləri ilə üst-üstə düşür. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.

Keçən səkkiz il ərzində Azərbaycan xalqı bütün mənalı həyatını respublikanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmamışdır.

Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilmişdir.

Ulu öndərin uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməmişdir. Hər il dekabrın 12-də isə burada daha qələbəlik olur. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının səkkizinci ildönümü günü dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmişlər.

Bu izdihamda hamı bilir ki, ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri vardır. Bu məfkurə müstəqillik illərində inkişaf etmiş, suveren dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilmişdir. Sürətlə inkişaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa, orada ulu öndər Heydər Əliyevin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.

Zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlamış və onların icrasına nail olmuşdur. Nəticədə 1969-1982-ci illər Azərbaycan Respublikasının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlamışdır. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmışdır. Azərbaycan başdan-başa tikinti, abadlıq və mədəni quruculuq meydanına çevrilmişdi. 1969-1982-ci illərdə respublikanın ərazisində 213 iri sənaye müəssisəsi işə salınmışdır. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başlamışdır. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər səviyyəyə çatmışdır.

Ümummilli lider Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələn hüquqşünas Xuraman Məhərrəmova ulu öndərin xalqımız qarşısındakı bu xidmətlərindən danışaraq demişdir:

- Xalqımızın Heydər Əliyevə çox böyük məhəbbəti vardır. Bu məhəbbət təsadüfdən yaranmamışdır. Ömrünü xalqına həsr edən milli lider Heydər Əliyev bütün istəklərinə nail olmuşdur. Onun istəkləri isə Azərbaycanı qüdrətli, dünyada sayılıb seçilən bir dövlətə çevirməkdən ibarət idi. Hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev respublikanı geridə qalmış kənd təsərrüfatı diyarından qabaqcıl sənaye ölkəsinə çevirmişdir. Bakıda və respublikamızın rayonlarında yüzlərlə zavod və fabriklər tikdirmişdir. Gənclərin təhsilinə xüsusi diqqət yetirirdi. Azərbaycana gələcəkdə ixtisaslı kadrların lazım olacağını bilərək minlərlə gəncin SSRİ-nin görkəmli ali təhsil ocaqlarında təhsil almalarını təmin etmişdir.

Heydər Əliyev sovet dövlətinin qadağalarına baxmayaraq, Bakıda Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, ədəbiyyat, mədəniyyət və elm xadimlərinin abidələrini ucaldırdı ki, xalqın milli ruhu Moskvanın “qardaşlıq” siyasəti ilə məhv edilməsin. Bütün bunlar Azərbaycan xalqını totalitar rejimin diktəsi altında məhv olmaqdan xilas etmişdir. Heydər Əliyev 1993-cü ildə xalqın çağırışına səs verməsəydi, müasir müstəqil Azərbaycan da olmayacaqdı. Heydər Əliyev xalqı darda qoyub getmədi. Qayıtdı və Azərbaycanı məhv olmaqdan xilas edərək onu qüdrətli dövlətə çevirdi. Bu gün Azərbaycan xalqı firavan yaşamaqda Heydər Əliyevə borcludur. Müdrik xalqımız dahi Heydər Əliyevi hər zaman xatırlayacaq və onun ölməz irsini gələcək nəsillərə ötürəcəkdir.

Bu, həqiqətən də belədir. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə minlərlə azərbaycanlı gənc göndərilmişdir. Hər il təhsil almaq üçün Azərbaycanın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Həmin faktın vacibliyini xatırladan Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani deyir:

- Artıq 1980-ci illərin sonlarına yaxın Azərbaycan bu sahədə keçmiş ittifaqın strateji respublikaları ilə rəqabət apara biləcək bir səviyyədə idi. Bu milli zabit kadrları müstəqillik dönəmində müasir Azərbaycan ordusunun əsasını təşkil etmişdir. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə ulu öndər Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Ulu öndər hələ o zaman ötən əsrin 90-cı illərinin əvvəllərində qovuşduğumuz müstəqilliyimizi görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Heydər Əliyev böyük zəkası ilə qurub yaratdığı Azərbaycanın təəssübünü Moskvada - böyük bir dövlətin ali rəhbərliyində təmsil olunduğu, həmçinin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verəndən sonra da böyük cəsarətlə çəkmişdir. Ümummilli lider 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

O zaman bu, cəsarətli bir addım idi. Belə bir addımı yalnız böyük şəxsiyyət Heydər Əliyev ata bilərdi və atdı. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Ulu öndər 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində üçrəngli bayrağımızı ucaltması suverenliyimizin qazanılması istiqamətində atılmış ilk addımlardandır.

1993-cü ilin may-iyununda ölkədə siyasi-iqtisadi böhranın son dərəcə kəskinləşməsi nəticəsində vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Qurban Bağırov o illəri xatırlayaraq deyir:

- 1993-2003-cü illərdə ulu öndər dünyanın nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3 min yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin müddətdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi.

Ümumilikdə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin intensiv inkişaf mərhələsinə təkan vermişdir.

Ümummilli lider Heydər Əliyevin iqtisadi islahatlar irsini araşdıran mütəxəssislər yazırlar ki, Azərbaycanın yeni inkişaf modelində ulu öndərin neft strategiyası mühüm rol oynamışdır. Bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, bu strategiya 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə reallaşmağa başlamışdır. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni olmuşdur.

Ölkənin iqtisadi müstəqilliyi siyasi islahatlarla möhkəmləndirilməli idi. Bu mənada ulu öndərimizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olmuşdur. Ümummilli liderimizin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” kəlamı Konstitusiyanın birinci maddəsində təsbit edilmişdir.

Konstitusiyanın qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquqi sistemin formalaşdırılması olmuşdur. Ölkəmizdə bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazası yaradılmış, məhkəmə-hüquq islahatları həyata keçirilmişdir.

Anım günündə ulu öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn hüquqşünas Ülvü Mailov demişdir:

- Müstəqil ölkəmizin milli Konstitusiyasının qəbulu nəticəsində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi başladı. Bu Konstitusiya cəmiyyətin həyatını tənzimləyən qanunların qəbulu üçün əsas baza rolunu oynayır. Konstitusiyada insan hüquqlarının qorunması, siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi, söz və mətbuat azadlığının təmin olunması üçün çoxsaylı maddələr təsbit edilmişdir ki, bunlar ölkəmizin demokratikləşməsində mühüm rol oynamışdır. Demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin ən mühüm addımlarından biri də o oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmlənmişdir. Bu gün Azərbaycan ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın müstəqilliyinin ilk illərində bunu gözü götürməyən qüvvələr dəfələrlə terror aktları törətmiş, dövlət çevrilişinə cəhdlər olmuş, hətta Heydər Əliyevin həyatına sui-qəsd cəhdləri də olmuşdur. Lakin bütün bunlar ümummilli lideri qorxutmamışdır. Onun özü bəyan etmişdir ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. Onun yolu xalq yolu idi. Onun yolu haqq yolu idi. Ona görə Heydər Əliyev ən ağır mübarizələrdən belə qalib çıxırdı. Onun arxasında yalnız bir qüvvə var idi, bu, xalqın qüvvəsi idi. Odur ki, Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqdır. Heydər Əliyev xalqın qəlbində ümummilli lider olaraq daim yaşayacaqdır.

Bu gün Heydər Əliyev siyasi xəttinin uğurlu davamının nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir. Bu siyasi kursu mükəmməl surətdə davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə böyük nailiyyətlərə imza atmışdır. Artıq iqtisadi inkişafın Azərbaycan modeli dünya dövlətləri üçün örnəkdir.

Heydər Əliyevin fiziki yoxluğundan Azərbaycan xalqını səkkiz il ayırır. Bu səkkiz il ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu olmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir lider, dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirir. Məhz ulu öndər Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm yapışan, dünən bizlərə yarıkönül münasibət bəsləyən dövlətlər indi bütün varlıqları ilə Azərbaycana strateji dostluq andı içirlər.

Hazırda sözün böyük mənasında, doğma Azərbaycanımız zəngin sərvətləri, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Artıq Azərbaycanın mükəmməlliyi ilə fərqlənən, peşəkarcasına balanslaşdırılan dövlət siyasəti, o cümlədən xoşməramlı energetika siyasəti örnək rolu oynayır.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğundakı Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu öndər Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi Heydər Əliyevin şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağın isə zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin - Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın sabahına daim işıq saçacaqdır.

Bu fikirləri dekabrın 12-də Fəxri xiyabana gələn ziyarətçilərin hər birinin dilindən eşitmək olardı. Xalqımızın dahi öndərinə ehtiram əlaməti olaraq ümummilli liderin məzarını ziyarət axşamdan xeyli keçənədək davam etmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib VİDEO

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək