SİYASƏT
VAŞİNQTONDA AZƏRBAYCAN DİLİ KURSLARI AÇILACAQDIR
Bakı, 29 avqust (AZƏRTAC). Cari ilin payızında Vaşinqtonda Azərbaycan dili kursları açılacaqdır.
Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Azərbaycan dili kursunun payız semestrini elan etmişdir. Kurs giriş, 1-ci və 2-ci səviyyədən ibarətdir. İlk dərs oktyabrın 4-də keçiriləcəkdir. Qeydiyyat müddəti sentyabrın 24-də sona çatır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, bu cür kurslar hər il keçirilir. Kurslara təkcə Vaşinqtondan deyil, başqa şəhərlərdən də Azərbaycan dili ilə maraqlanan müdavimlər gəlirlər.
Vaşinqtondakı bir neçə dil mərkəzində də Azərbaycan dili kursları fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]