İQTİSADİYYAT
Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7,2 milyard manat nəzərdə tutulur
Bakı, 29 sentyabr, AZƏRTAC
2017-ci ildə Vergilər Nazirliyi üzrə proqnoz məbləği ümumi daxili məhsulun 11,6 faizi həcmində olmaqla 7210,0 milyon manat nəzərdə tutulur.
AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.
Bu göstərici cari ilin proqnozundan 200,0 milyon manat və yaxud 2,9 faiz, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 milyon manat və ya 1,3 faiz çoxdur. Proqnozlaşdırılan daxilolmaların 75,7 faizi və 5455,0 milyon manatı qeyri-neft sektorunun, 24,3 faizi və ya 1755,0 milyon manatı neft sektorunun payına düşür.