Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Veteranlarımız etibarlı sosial müdafiə ilə əhatə olunublar

Veteranlarımız etibarlı sosial müdafiə ilə əhatə olunublar

Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə Günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir

Bakı, 8 may, AZƏRTAC

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında müstəsna xidmətləri ilə seçilən Azərbaycan hazırda müharibənin iştirakçılarının etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət siyasəti yürüdür. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublikaya qayıdışından sonra İkinci Dünya müharibəsi iştirakçıları cəmiyyətimizin ən hörmətli insanları kimi dəyərləndirilib. 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, həmin müharibənin iştirakçılarının sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb. 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, 2003-cü ildən isə bu siyasət Ulu Öndərin layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yaxın bir neçə ildə İkinci Dünya müharibəsi iştirakçılarına qayğı daha da artırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezidentin çoxsaylı fərman və sərəncamları olub. Hər il 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamları imzalaması da həmin insanlara yüksək diqqət və qayğıdan xəbər verir. Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir. 2012-ci ildə iyulunda 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Sonrakı illərdə imzalanan Prezidentin fərman və Sərəncamları ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar verilib.

Polkovnik Cəlil Xəlilov deyib ki, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artırılmaqdadır. Belə ki, Prezident İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür. Sərəncam 7600 nəfərə şamil olunub. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir. Qələbənin 75-ci ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirakçılarına 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Cəlil Xəlilov deyib ki, Azərbaycan dövlətinin hər zaman veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin qürur doğuran nəticəsidir. İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. Həmin vətəndaşların dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. Eyni zamanda, sosial xidmətlərə ehtiyac duyan İkinci Dünya müharibəsi iştirakçılarına sosial işçilər tərəfindən evlərində sosial xidmətlər göstərilir.

“Həyata keçirilmiş sosial proqramlar Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verildiyini bir daha sübut edir. Ali Baş Komandanın bu istiqamətdə verdiyi fərman və sərəncamlar Azərbaycanın veteranlarına və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır.

Qeyd olunanlar bu dövlət qayğısına layiqli cavab olaraq, İkinci Dünya müharibəsi iştirakçıları da respublikamızın inkişafı proseslərində, xüsusən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər. Müharibə veteranları ilə bağlı dövlətin sosial proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin yerinə yetirilməsində Respublika Veteranlar Təşkilatı yaxından iştirak edir.

Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya Respublika Veteranlar Təşkilatının rəhbərliyi və veteranlarımız adından xüsusi minnətdarlığımızı bildiririk”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı