Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vilnüsdə postsovet məkanında dondurulmuş münaqişələrə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir

Vilnüsdə postsovet məkanında dondurulmuş münaqişələrə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir

Vilnüs, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Vilnüsdə “Postsovet məkanında dondurulmuş münaqişələr: onların siyasi mənası və mümkün həll üsulları” mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Konfransda əsas diqqət postsovet məkanında, xüsusən dondurulmuş münaqişələr zonasında geosiyasi vəziyyətin müzakirəsinə yönəldilmişdir. Konfransın işində Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Moldova, Ukrayna və Gürcüstanın Litvadakı səfirləri, siyasi analitik, İsrail teleradiosunun şərhçisi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut, beynəlxalq ekspertlər, KİV nümayəndələri iştirak etmişlər.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev öz çıxışında qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq o qədər də düz deyil. Bu, həll edilməmiş münaqişədir, çünki cəbhə xəttində hər gün insanlar həlak olur.

A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək bu münaqişə ilə bağlı üç əsas problemi göstərmişdir: status-kvo vəziyyətinin olması, icmalar arasında anlaşma olmaması və beynəlxalq hüququn Ermənistan tərəfindən interpretasiyası. Azay Quliyev təyini-müqəddərat prinsipinin tətbiq mexanizminin olmamasını qeyd verərək vurğulamışdır ki, bunun üçün işğal edilmiş ərazilərin azad olunması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaradılması zəruridir.

Gürcüstan Strateji Tədqiqatlar İnstitutunun direktor müavini İrakli Porçkidze və “Freedom House” təşkilatının Litvadakı nümayəndəsi Vitis Yurkonis konfrans iştirakçılarının diqqətinə çatdırmışlar ki, postsovet məkanındakı bütün regional münaqişələrin spesifik xüsusiyyətlərinin çox müxtəlif olmasına baxmayaraq, onların bir sıra ümumi cəhətləri də vardır. Birincisi, bu münaqişələr sovet siyasi, hərbi, iqtisadi və ideoloji sisteminin kollapsına dəlalət edir. İkincisi, ATƏT-də “dondurulmuş” reputasiyası qazanmış münaqişələrin tənzimlənməsi olduqca mürəkkəbdir. Üçüncüsü, postsovet lokal münaqişələrində dünya miqyaslı qlobal problemlərin mövcudluğu, ilk növbədə dünyada yoxsulluq və varlılıq qütbləri arasında fərqin artması, demoqrafik partlayış, terrorizm təzahürləri çox ciddi hiss olunur.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Kamal Makili-Əliyev uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin iki əsas amilini göstərmişdir: Beynəlxalq hüququn tam uğursuzluğa düçar olması və geosiyasi şəraitin staqnasiyası. K.Makili-Əliyev diqqətə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq tətbiq edilməmiş və o, Suriya, Liviya, indi isə Ukraynada müşahidə olunan vəziyyətdən xeyli əvvəl tam iflasa uğramışdır. K.Makili-Əliyev daha sonra bildirmişdir ki, bütün bunlara baxmayaraq məsələyə lazımınca diqqət yetirilmir, geosiyasi staqnasiya isə bir effekti daha da gücləndirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi indiyə qədər dinc yolla və ədalətli həllini tapmamışdır.

İsrailli analitik, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut demişdir ki, bu münaqişənin mənbəyi Ermənistanın işğalçı siyasəti, onun başqa suveren dövlətin ərazisini işğal etməsi ilə bağlıdır. A.Qut XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, Ermənistanın indiki prezidentinin bu sözlərini sitat gətirmişdir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər, lakin biz bu stereotipi aradan qaldırdıq”.

Konfransda münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılmış, etnik-siyasi münaqişənin inkişafında siyasi amillərin ziddiyyətli rolu təhlil edilmişdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatlığını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO