Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi

Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan və dünya ictimaiyyəti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Nikol Paşinyana tarix dərsi keçdi: “Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təsdiq etdi. Bu mənada, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzib olunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Açıq-aydın göründü ki, Nikol Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər, təqdim etdiyi tutarlı faktlar və dəlillər qarşısında aciz durumda qaldı”.

“Prezident İlham Əliyevin Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi beynəlxalq norma və prinsiplərə əsaslanan hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument gətirə bilmədi”, - deyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev XIX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələri xronoloji ardıcıllıqla sadaladığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da Prezident İlham Əliyev Dağlıq Qarabağın həm hüquqi, həm də coğrafi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Vüqar Rəhimzadə əlavə edib ki, siyasi cəhətdən savadsız və korafəhm fiqur olduğunu dəfələrlə nümayiş etdirmiş Paşinyan bu panel müzakirələrin gedişində də özü-özünü ifşa və təkzib etdi: “Bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri digər tərəfdən də öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etməli oldu. Bununla da Paşinyan bu fikri ilə əyani şəkildə təsdiq etdi ki, “Dağlıq Qarabağ ordusu” deyilən mif heç bir real fakta əsaslanmır və Azərbaycan ərazilərini işğal edən də, bu gün ərazilərimizi işğal altında saxlayan da Ermənistan silahlı qüvvələridır. Düşmən ölkənin rəhbəri dolayı yolla etiraf etməli oldu ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələri var, Ermənistan vətəndaşları hərbi xidmətlərini burada keçirlər, “Dağlıq Qarabağ respublikası” adlanan qondarma qurum Ermənistan büdcəsindən maliyyələşdirilir”.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərinə növbəti dəfə tarix və hüquq dərsi keçdi: “Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi, eyni zamanda, digər beynəlxalq təşkilatların bəyanatları, qəbul etdikləri sənədlər bunu deməyə əsas verir. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyi ilə hər müzakirədə əsaslı tarixi faktlarla çıxış edərək, haqlı, ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu real faktlara və dəlillərə əsaslanmaqla beynəlxalq ictimaiyyətə sübut edir. Paşinyan isə əksinə, tarixi faktlar və həqiqətlər qarşısında rəzil vəziyyətə düşür, əzilir-büzülür, susur, bəzən də ağ yalanlarla sudan quru çıxmağa çalışır. Lakin onun yalana və böhtana əsaslanan bütün cəhdləri uğursuz alınır. Çünki erməni baş nazirin fikirləri heç vaxt heç bir fakta söykənmir”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Ermənistan tərəfinin nə üçün çox vaxt danışıqlar prosesindən imtina etməsi və bunun üçün müxtəlif bəhanələr gətirməsi Münxen müzakirələri zamanı bir daha özünü göstərdi: “Möhtərəm Prezidentimizin hər sözü, cümləsi Paşinyana endirilən ağır zərbələr idi. Dövlət başçımız Ermənistanın ölkəmizə qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını bir-bir tərs sillə kimi Paşinyanın üzünə vurdu. Erməni baş nazir isə yalnız Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun fikirlərini təhrif edilmiş formada dilə gətirərək vəziyyətdən çıxmağa çalışdı.

Müzakirələr zamanı ən çox yaddaqalan məqamlardan biri də Paşinyanın böyük çaşqınlıq içində “Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi” kimi gah nala, gah da mıxa vuran, bununla da özü də bilmədən həqiqətin aşkara çıxarılmasına kömək edən etirafı “Yalançının yaddaşı olmaz” məşhur Azərbaycan atalar məsəlinin nə qədər doğru olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu fakt bir daha belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, Ermənistanın baş naziri sanki Münxenə müzakirə aparmağa yox, beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa getmişdi və bunu bacardı da”.

Vüqar Rəhimzadə söyləyib ki, fevralın 15-də Münxen Konfransında keçirilmiş müzakirələr zamanı Prezident İlham Əliyev əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi: “Beləliklə, Prezident İlham Əliyev təkzibolunmaz faktlar və dəlillərlə, dəmir məntiqlə Paşinyanın bütün əsassız və çürük iddialarını darmadağın etdi, onu çıxılmaz vəziyyətə və aciz duruma saldı, bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi, ona indiyədək rastlaşmadığı tarix və hüquq dərsi keçdi. Beləliklə, Nikol Paşinyan növbəti dəfə tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında seytnot vəziyyətinə düşdü”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO