MƏDƏNİYYƏT
“World Press Photo” beynəlxalq müsabiqəsinin qalibi məlum olub
Bakı, 13 aprel, AZƏRTAC
“World Press Photo” müsabiqəsinin münsiflər heyəti 2018-ci ilin qalibini elan edib. Nüfuzlu beynəlxalq müsabiqənin qalib və mükafatçılarının elan edilməsi mərasimi Amsterdamda keçirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mükafata venesuelalı fotoqraf Ronaldo Şemidta layiq görülüb.
Qalib fotoda ötən il mayın 3-də Karakasda nümayişlər zamanı yanaraq qaçan əleyhqazlı, 28 yaşlı Xose Viktor Salasar Balsa əks olunub. Onun paltarı yaxınlıqdakı motosikletin yanacaq çəninin partlaması nəticəsində yanıb. Yanıq xəsarətləri ilə hospitala yerləşdirilən Balsaya orada lazımi tibbi yardım göstərilib.
Bu il müsabiqəyə 125 ölkədən 4,5 min fotoqrafın çəkdiyi 73 mindən çox foto təqdim edilib.
Qeyd edək ki, “World Press Photo” 1955-ci ildən keçirilir və bu işlə məşğul olan fotoqrafların nüfuzlu beynəlxalq müsabiqəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]