Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

XALQIMIZIN DOSTLUĞUNU VƏ ƏMƏKDAŞLIĞINI İNKİŞAF ETDİRMƏK NAMİNƏ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İRANA RƏSMİ SƏFƏRİ BAŞLANDI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 29-da İran İslam Respublikasına rəsmi səfərə yola düşmüşdür.

Heydər Əliyev yola düşməzdən qabaq iki qonşu və dost ölkənin münasibətlərinin perspektivləri barədə jurnalistlərin suallarına cavab verərək demişdir ki, İran Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani altı ay bundan qabaq Azərbaycanda rəsmi səfərdə olmuşdur. İki dövlət arasında bir sıra sahələrdə əməkdaşlıq haqqında uzunmüddətli müqavilələr bağlanmışdır. Hazırda həmin müqavilələr həyata keçirilir. İran Prezidenti məni bu ölkəyə rəsmi səfərə dəvət etmişdir. Mən bu dəvətdən istifadə edərək bizim üçün dost və qardaş ölkəni ziyarət edəcəyimdən çox məmnunam. İrana səfərim ayrı-ayrı sahələr üzrə müqavilələr bağlanması ilə tamamlanmayacaqdır. Aparılacaq danışıqlar, keçiriləcək görüşlər xalqlarımız arasında əlaqələrin inkişafına kömək edəcəkdir.

Binə hava limanında Azərbaycan Prezidentini respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər yola salmışlar.

Səfərdə Azərbaycan Prezidentini dövlət müşavirləri Arif Rəhimzadə, Nurəddin Sadıqov, Qabil Hüseynli, Hidayət Orucov, xarici işlər naziri Həsən Həsənov, Baş nazirin müavinləri Səməd Sadıqov, Elçin Əfəndiyev, Əsgər Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Milli Məclisin bir qrup üzvü, bir sıra nazirliklərin rəhbərləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri, jurnalistlər müşayiət edirlər.

X X X
Azərbaycan Prezidentini və onu müşayiət edən şəxsləri gətirən təyyarə iyunun 29-da yerli vaxtla saat 11-də Tehranın “Mehrabad” hava limanında yerə endi. Heydər Əliyevi İran İslam Respublikasının Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.

Hava limanında Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət bayraqları qaldırılmışdı. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezidentlər fəxri qarovul dəstəsinin önündən keçərək onlar üçün nəzərdə tutulan tribunaya qalxdılar. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri çalındı. Fəxri qarovul dəstəsinin rəisi prezidentlərə raport verdi.

Hava limanında hər iki prezident Azərbaycan, İran və xarici ölkə jurnalistləri üçün qısa bəyanat verdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgaha gəldi.

Günün ikinci yarısında Heydər Əliyev və onu müşayiət edən şəxslər İmam Xomeyninin məqbərəsini ziyarət etməyə yola düşdülər. Ölkəmizin Prezidenti möhtəşəm məqbərəyə daxil olarkən Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndi. Heydər Əliyev İmam Xomeyninin qəbrini ziyarət etdi və oraya əklil qoydu.

Ziyarətdən sonra Azərbaycan dövlətinin başçısı İran İslam Respublikası Prezidentinin iqamətgahına gəldi. Burada Heydər Əliyev İran Prezidenti Haşimi-Rəfsəncani ilə görüşdü. Azərbaycan Prezidenti İrana rəsmi dəvət edildiyi üçün minnətdarlığını bildirərək dedi ki, dost və qardaş xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində bu səfərin də mühüm rolu olacaqdır.

Heydər Əliyev İran İslam İnqilabı rəhbərinin məqbərəsini ziyarət etməsindən söhbət açaraq dedi ki, Həzrət İmam Xomeyninin İran xalqı qarşısında və islam dünyasında böyük xidmətləri vardır. Azərbaycan nümayəndə heyəti məqbərəni böyük hörmət və ehtiramla ziyarət etdi. Mən çox məmnun qaldım ki, İran xalqı öz rəhbəri üçün belə əzəmətli məqbərə ucaltmışdır. Həzrət İmam Xomeyninin məqbərəsi öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Prezident daha sonra bildirdi ki, Azərbaycanın görkəmli rəssamı Kamil Əliyev üzərində İmam Xomeyninin təsviri olan sənət əsəri - xalça hazırlamışdır. Həmin xalça İranda beynəlxalq sərgidə göstərilmiş və İran xalqı bu əsərə böyük rəğbətlə tamaşa etmişdir. Heydər Əliyev həmin xalçanı hədiyyə olaraq İran İslam Respublikasının Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaniyə təqdim etdi. İran rəhbəri xalçanı yüksək qiymətləndirərək bildirdi ki, bu, həqiqətən tərifəlayiq, çox qiymətli bir əsərdir.

Görüşdən sonra Azərbaycan Respublikası və İran İslam Respublikası arasında rəsmi danışıqlar başlandı. Heydər Əliyevin və Haşimi-Rəfsəncaninin başçılıq etdikləri nümayəndə heyətlərinin danışıqlarında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bir sıra sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri geniş müzakirə olundu.

X X X

Elə həmin gün Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov ilə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti arasında görüş keçirildi. Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlər müzakirə olundu, əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

X X X

Axşam İran İslam Respublikasının Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət verdi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Evian-lö-Bən meriyası Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktlarına etinasızlıq göstərdi

Azərbaycan Basketbol Liqası: Bu gün ikinci finalçı bəlli ola bilər

“Paris-2024”ə gedən yol: Mariya Stadnik üçün son şans

Baş nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya hökumətinin sədri təyin edilməsi münasibətilə təbrik edib

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikintinin qarşısı alınıb

Xankəndidə 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var

“Meta” öz çat-botu olan ödənişsiz saytı istifadəyə verib

Günəş qasırğası ABŞ-da enerji təchizatında fasilə yarada bilər

Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Tailandda cari ildə 61 nəfər günvurmadan ölüb

Türkiyənin Karabük Universitetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub

Yerdə güclü maqnit qasırğası baş verib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

“Eurovision”un ikiqat qalibi Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib