DÜNYA
XƏZƏR ŞELFİNİN QAZAXISTAN SEKTORUNUN MƏNİMSƏNİLMƏSİNƏ DAİR DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNDƏ İLK ADDIM ATILMIŞDIR
Astanada Xəzərin Qazaxıstan sektorundakı iki sahənin kəşfiyyatı və mənimsənilməsinə dair Qazaxıstan hökuməti və “QazMunayQaz” milli şirkəti arasında iki saziş imzalanmışdır. Birinci saziş Tüb-Karaqan sahəsinin kəşfiyyatı və mənimsənilməsi haqqındadır və 40 il müddətinə nəzərdə tutulmuşdur. İkinci beşillik saziş Ataş sahəsində tədqiqat işləri aparılması haqqındadır. Hər iki sahə Xəzərin Qazaxıstan sektorunun mərkəzi hissəsində yerləşir. Burada dənizin dərinliyi on metrdən qırx metrə qədərdir.
“QazMunayQaz” milli şirkətinin prezidenti Uzakbay Karabalin demişdir ki, 2005-ci ildə biz Tüb-Karaqanda kəşfiyyat quyusunun qazılmasını nəzərdə tuturuq. Xəzərin indiyə qədər tədqiq olunmamış bu sahəsində böyük neft ehtiyatlarının olduğunu ehtimal edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]
Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb
- 10.05.2024 [12:46]